Sİyasət

Müxalifətin İNSAN OVU: Ovçuluq sevdasında olan Əli İnsanov ova necə çevrildi? - Emil Məmmədov yazır

Müxalifətin İNSAN OVU: Ovçuluq sevdasında olan Əli İnsanov ova necə çevrildi? - Emil Məmmədov yazır

 

Ölkə gündəmini izləyən diqqətli oxucuya hər şey aydındı. Rüşvətxorluqda, korrupsiyada, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, dövlət əmlakını talamaqda ittiham olunaraq həbs edilmiş keçmiş səhiyyə naziri Əli İnsanovun həbsdən sonrakı davranış və açıqlamaları bir daha sübut etdi ki, onun xislətində heç nə dəyişməyib.


Həbsdən yenicə çıxmış sabiq səhiyyə naziri Əli İnsanovun qalmaqallı və ziddiyyətli açıqlamaları ilə bağlı tutarlı cavablar oldu, onun "arqumentlər”inin əslində ən zəif tənqidə belə dözmədiyi aşkarlandı. Bu səbəbdən də yazılanları təkrarlamadan yalnız bir neçə suala cavab tapmağa çalışacağıq.

  

Bunu necə bacarırsan, Əli İnsanov?

 

Heç futbol azarkeşləri belə tərəfdarı olduqları komandaları belə asanlıqla tərk etmir. Komanda zirvədə olanda da, zəif nəticələr göstərəndə də yanında olur. Bu ən adi əxlaq və sədaqət nümunəsidir, bu yüksək dəyərlərdir. Bəs necə olur ki, 10 ildən artıq bir müddətdə naziri olduğunuz hakimiyyət komandası haqda bu qədər rahatlıqla ən ağır ittihamları səsləndirə bilirsiniz? Mən sizə mərhum dövlət başçısı, ümummilli liderimiz Heydər Əliyev sayəsində ən yüksək postların birinə gətirilmənizi, özünüzə və yaxınlarınıza ən böyük etimadın göstərildiyi halda indi danışdıqlarınızın heç bir etik normaya sığmadığını da xatırlatmaq istəmirəm. Faydasız olacağına əminəm, çünki…


Bu da heç, yaxşı, əgər indi iddia etdiyiniz kimi bu hakimiyyət diktatura rejimidirsə, korrupsiya və rüşvət üzərində bərqərardısa, o zaman bu sualı da cavablandırmaq ehtiyacı yaranır…

  

İndimi ayıldınız, sizə gecmi çatır?


Əvvəla, hörmətli oxucuya nazir olduğunuz dövrdəki çıxışlarınızı xatırlatmağa ehtiyac duymuruq. Bunların hamısı media resurslarında və elektron axtarış sisteminin bazasında durur, maraqlanan tanış ola bilər. Əgər, iddia etdiyiniz kimi mövcud hakimiyyət diktatura prinsipləri üzərində bərqərardısa, siz həmin hakimiyyət haqqında ən ağlagəlməz ittihamları necə rahatlıqla dilə gətirə bilirsiniz? Axı diktatura rejimlərində belə bir hal mümkün deyil?


O ki qaldı, rüşvət və korrupsiya ittihamlarına, bir məqam vurğulanmalıdır ki, hətta ən şəffaf siyasi rejimlərdə belə bu kimi hallar olur, olub və olacaq. Burada diqqətə alınası məqam o olmalıdır ki, hakimiyyət bu kimi hallara qarşı mübarizə aparırmı, bu mübarizə nə qədər effektlidir? Əli müəllim, hər halda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılmasaydı, indi sıravi Azərbaycan vətəndaşı sizin evinizdən çıxarılan milyonluq sərvət haqda da məlumatsız olardı. Həm də bu mübarizə təkcə sizə qarşı yönəlməyib, bununla bağlı yüzlərlə misal göstərə bilərik.

 

İndi isə gələk, sizin siyasi iddialarınıza…

 

 

Ovçu olmaq istəyirdin ov oldun…

 

Sizin həbsxanadan yenicə çıxanda elə həbsxana qapısı qarşısında verdiyiniz açıqlamanı xatırlayıram. Nə qədər eyforiya, nə qədər siyasi naşılıq vardı həmin bəyanatlarda? Deyirdiniz ki, hələ bilmək olmaz mənmi müxalifətə qoşulacam, yoxsa müxalifətmi mənə…Doğrudanmı, özünüz haqda bu qədər yüksək fikirdəsiniz? Doğurdanmı, Azərbaycan ictimai rəyində kobud, etibarsız, yerlibaz kimi xatırlandığınızın fərqində deyilsiniz? Belə bir neqativ reputasiya ilə heç bələdiyyə seçkilərinə qatılmaq olmaz, nəinki böyük siyasətə iddialı olmaq.


Əli İnsanov həbsxanada olarkən də, həbsdən çıxdığı ilk günlərdə də OVÇU olacağını zənn edirdi, nəticə isə odur ki, o OVdan başqa bir şey deyil.

Radikal müxalifətin İNSAN OVU uğurlu yekunlaşdı, Əli İnsanov artıq onların əlində girovdur…

 

Biz isə yalnız təəssüflənirik…Belə olmamalıydı…

 

sfera.az

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031