Müxalifətimiz niyə dəyişmir? - MÖVQE

Müxalifətimiz niyə dəyişmir? - MÖVQE
 

Yalnız nəzəriyyələrdə və istəklərdə olan, ideal təsir bağışlayan müxalifət gerçəkdən də ölkə ilə cəmiyyəti sürətlə irəli apara biləcək ünsürlərdən birinə çevrilə bilərdi. Hazırda kədər və təəssüf hiss ilə Azərbaycandakı radikallaşmış, ifrat aqressiv, sistemsiz müxalifət görürük. "Bizə necə müxalifət gərəkdir?” sualını verməzdən əvvəl "Ümumiyyətlə, bizə müxalifət lazımdır?” sualına cavab aramalıyıq.

 

Çox sadə, lakin son illərdə unutduğumuz və nəzərə almadığımız həqiqət var.

 

Siyasi partiyalar hakimiyyət uğrunda mübarizə aparmaq üçün gərək deyil. Onlar cəmiyyətdəki bütün qrupların, tabanların və qüvvələrin maraqlarının hakimiyyət tərəfindən nəzərə alınması üçün gərəkdir.

 

Vəziyyətə situativ nəzər salaq.

 

Ölkədə fermerlər, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımız və şirkətlər var. Onların maraqları yetərincə anlaşılandı: daxili bazarın ucuz idxaldan qorunması, dempinqə dövlət səviyyəsində yol verilməməsi, ixracatın təşviq edilməsi, yanacaq-sürtgü materiallarına, texnikaya və gübrələrə adekvat qiymətlər, ucuz kreditlər, texnikanı sərfəli qiymətdə almaq və s.

 

Azərbaycanda neft-qaz istehsalı və emalı müəssisələri də var. Onlar istəyirlər ki, mazut və benzin istehsalı rentabelli olsun. Dövlət kənd təsərrüfatı istehsalçılarının, fermerlərin, kəndlilərin maraqlarını nəzərə alaraq mazut və benzin istehsalçıları ilə satıcılarına qarşı qiymətlərdə inzibati metodlar tətbiq edərsə, onlar zərərə işləyəcək, büdcədən subsidiyalara ehtiyac duyacaqlar.

 

Belə qruplar çoxdur: fermerlər, neftçilər, hərbçilər, metallurqlar, təqaüdçülər, tələbələr, evdar xanımlar, veteranlar və s. Onların hər birinin öz maraqları var.

 

Mövcud hakimiyyətə nəzər salaq. Fərz edək ki, önəmli qərar qəbul olunur: məsələn, metallurqlar vadar olunur ki, onlar istehsal etdikləri armaturu ölkənin daxili bazarında ucuz qiymətə satmalıdır. Bu qərar inşaat sektoruna ciddi təkan verəcək. Amma metallurgiya sektorunun gəlirlərini xeyli azaldacaq.

 

 

Deməli, hakimiyyət metallurqların itkilərini kompensasiya etməyin yollarıın aramalıdır. Dərhal yox, bir müddət sonra, böhran başa çatanda. Metallurqların maraqları sürəkli olaraq nəzərə alınmazsa və qulaqardına vurularsa, onlar müxalifətə keçəcək, radikallaşacaq və hakimiyyətin devrilməsinə çalışacaqlar.

 

Bu, nəzəriyyədə belədir.

 

Azərbvaycanın radikal müxalifətinin çağırışlarında, AXCP sədri Əli Kərimli, Müsavatın təsərrüfat sədri Arif Hacılı və ya "Milli Şura” adlı tragikomediyanın "lider”i Cəmil Həsənlinin sosial şəbəkələrdəki səhifələrində, müsahibələrində və açıqlamalarında həvəslə yaratdıqları virtual "yeni, demokratik cəmiyyət”də bəhs etdiyimiz metallurqlardan danışılarsa, poladəritmə zavodunun direktorunun mövqeyi və maraqları həmin zavodda köhnə, sınıq detalların yığıldığı anbarın keşiyini çəkən mühafizəçinin mənafeyindən üstün deyil.

 

Real həyatda təbii ki, hər şey fərqlidir. İstənilən qərar qəbul olunanda vətəndaşların maraqları nəzərə alınır, amma o vətəndaşlardan ibarət qrupların mənafeləri də unudulmur.

 

Kobud hesablamalara varsaq, yetkinlik yaşına çatmamış və təqaüdçü olan vətəndaşlarımızın ümumi siyasi çəkidəki tutumları 20 faizdən artıq deyil. Yerdə qalanlar bəhs etdiyimiz qruplardır ki, onların da maraqları mütləq nəzərə alınmalıdır.

 

Demokratik cəmiyyətin prinsipləri bunu tələb edir.

 

Azərbaycandakı radikal müxalifət isə az qala kütləvi edamlar istəyir: onlar "xalqın maraqları”ndan çıxış etdiklərini iddia edirlər, halbuki xalqdan çox uzaqdırlar. Xalq onlardan uzaq olduğu kimi.

 

 

Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli hakimiyyətə gəlmək istəyirlər. Amma onlar hələ hakimiyyət olmamış hakimiyyətin devrilməsinin əsasını qoyacaq qəddarlıq, barışmazlıq, qisasçılıq və qeyri-peşəkarlıq nümayiş etdirirlər.

 

Belə marginalların yolu dalandır. "Xalq” desələr də, xalqın maraqlarını heçə sayan, şəxsi və korporativ mənafelərini hər şeydən üstün tutanlar hələ "Məhsul”da vaxt keçirib sosial tüfeyliliklə məşğul olsalar da, artıq onlara qarşı sərt müxalifət var.

 

Müxalifətə müxalifətin formalaşmasının əsas səbəbi də elə budur.

 

Xaricdən maliyyələşmələri barədə deyilənləri qətiyyətlə inkar edən bu adamlar "Bizim nə resursumuz var ki?!” söyləyirlər.

 

Yalan danışırlar – həmişə olduğu kimi.

 

Onların inzibati resursları olmasa da, sosial şəbəkələrdəki fəallıqlarının səbatlı maliyyə əsasları var. Əks təqdirdə həmin adamlar sosial şəbəkələrdən sadəcə, tribuna qismində istifadə etdiklərini vurğulayaraq hər gün sanki rejimdə imişlər təki sürəkli statuslar paylaşmazdılar, YouTube-dakı kanallara müsahibələr verməzdilər, Facebook və Skype vasitəsilə canlı bağlantılara qoşulmazdılar.

 

Onlar ictmai fikrə təsir etməyə çalışır, bu minvalla hakimiyyətə pressinq vasitəsinə yiyələnməyə can atırlar.

 

Onlar yaxşı anlayırlar ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin hakimiyyətinin iki güclü mənbəyi var.

 

İlk mənbə xalqın iradəsi, seçimi və etibarıdır. Xalq prezidentini tam dəstəkləyir.

 

İkinci mənbə isə çoxillik idarəetmə təcrübəsidir ki, bu illər ərzində Azərbaycanda güclü hakimiyyət vertikalı qurulub, fəaliyyət göstərir.

 

Azərbaycanın sərvətləri və resursları çoxdur. Bu səbəbdən ölkəyə tamah salan güclər ölkədəki kollaborasionistlər, "beşinci kolon” vasitəsilə mövqelərini möhkəmləndirməyə planlarını gerçəkləşdirməyə çalışırlar.

 

Ölkədəki radikalların çağırışlarına hətta protest elektoratı belə, inanmırsa, bu adamların nəsibi gerçəkdən də, zavallılıqdı.

 

 

Yerli radikalları bəsləyənlər onu da bilirlər ki, dövlət başçısı nə qədər uzun müddət hakimiyyətdə qalırsa, onun idarəetmə sistemi o qədər güclü olur. Məhz bu səbəbdən ABŞ almanların Angela Merkeli dördüncü dəfə baş nazir seçmələrinə ağız büzmədilər. Çünki Merkel Vaşinqtondakı güc mərkzələri üçün "öz adamımız” təki dəyərləndirilir. Amma Azərbaycan üçün belə praktika "yolverilməz” sayılır. Şərq və Qərbdə, Şimal və Cənubda çox mərkəzlər Azərbaycanın müstəqil siyasətindən narazıdır.

 

Onlar rəsmi Bakını üzüyola, sakit, cılız və qorxaq görmək istəyirlər.

 

Bu səbəbdən də özlərini liberallar adlandıran kompradorlar fəallaşıblar.

 

Lakin onların niyyətləri baş tutan deyil.

 

Səbəb sadə: xalq prezidentini dəstəkləyir, dövlət başçısı da xalqa inanır, güvənir və ondan güc alır.

 

 

Əlaqə qarşılıqlıdır: inkişaf edən, önündə böyük məqsədləri olan, hədəflərini bəlirləmiş normal cəmiyyətdə olduğu kimi.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...