Müşviq Ələsgərli: “Qəzetçiliyin dövrü hələ başa çatmayıb”

Müşviq Ələsgərli: “Qəzetçiliyin dövrü hələ başa çatmayıb”
Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyir ki, dünyada informasiya alıcılarının 40-50 faizini qəzet oxucuları təşkil edir.

"Qəzetlər informasiyalarının oxuculara çatması üçün kommunikasiya texnologiyalarında yeniliklər etməlidirlər”. Bunu  çap mediasının vəziyyəti haqqında danışarkən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyib.

O bildirib ki, dünyanın bir çox ölkələrində ənənəvi media onlayn media ilə rəqabət aparır və kifayət qədər də oxucu kütləsinə malikdirlər:

"Dünyada informasiya alıcılarının 40-50 faizini qəzet oxucuları təşkil edir. Bu onu göstərir ki, qəzetçiliyin dövrü hələ başa çatmayıb. Sosial şəbəkə və onlayn mediadan yayılan xəbərlərin 40-60 faizə qədəri yalan xəbərlər olur. Azərbaycanda olan qəzetlər də kommunikasiya texnologiyalarında yeniliklər etməlidirlər. KİVDF-nin qərarları zamanın tələblərinə uyğun qərarlar verir. Bu qərarlar da çap mediasını yayım texnologiyasını yeniləməyə sövq edir”.  sputnik.az

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...