Müslüm Maqomayevin həyat yoldaşı təcili xəstəxanaya yerləşdirildi
16:00 / 12.11.2019
1356
Tanınmış opera müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Telekanalın məlumatına görə, 76 yaşlı sənətçi ürək-damar cərrahiyyəsi şöbəsində müayinə olunur.
Həkimlər bundan sonra onun əməliyyat olunması və ya konservativ müalicəsi barədə qərar qəbul edəcəklər.