Müsəlman Novruz bayramını qeyd etməlidirmi? – İlahiyyatçıdan AÇIQLAMA
16:26 / 16.03.2018
1854
Zərdüştlərdən qalma olan Novruz bayramı islam dinində qeyd olunmalıdırmı? Maraqlıdır, hələ o zamanlar Məhəmməd peyğəmbərin dövründə Keçəl-Kosa, Novruz adət-ənənələri olubmu?
İlahiyyatçı Elşad Miri bu sualları cavablandırıb.
Sfera.az ilahiyyatçının fikirlərini sizə təqdim edir:
"Dəfələrlə Novruz bayramının İslam dinində qeyd olunub-olunmaması ilə bağlı suallar ünvanlansa da, bu haqda geniş açıqlama verməmişdim. Lakin bu yaxınlarda mediada Məhəmməd peyğəmbərin də Novruz bayramını qeyd etməsi ilə bağlı müəyyən iddialar səsləndirildi. Bu iddialardan sonra bu haqda açıqlama vermək məcburiyyətindəyəm. İslam dinində əsas iki bayram var: Ramazan və Qurban bayramı. Peyğəmbərimizin hədislərinin olduğu iddia edilən Sünən kitablarında bir məqam var ki, peyğəmbərimiz Məkkədən Mədinəyə hicrət etməyə məcbur qaldığı bir zamanda orada yaşayan insanların iki bayramı qeyd etdiyini görür. Bu bayramlardan biri Mehri-can, digəri isə Novruz imiş. Burada yazılanlara görə peyğəmbərimiz həmin iki bayramı ləğv edərək Ramazan və Qurban bayramını əlavə edib. Bu iddia nə dərəcədə doğrudur, yanlışdır, onu deyə bilmərəm. Lakin peyğəmbərin özünün Novruz bayramını qeyd etməsini iddia etmək ona böhtan atmaqdır. Peyğəmbərin Kosa-Keçəllə olmasını, yumurta döyüşməsini necə iddia etmək olar? Yaxud da qapı pusmaq nə dərəcədə düzgün bir şeydir. Kim istəyər ki, qapısı pusulsun. Novruz bayramını dini donda təqdim etmək düzgün deyil”.
Sfera.az