Sİyasət

Müsavat başqanından qalmaqallı xəbərlərə əsəbi reaksiya: "OLDU, SAĞ OLUN..."

Müsavat başqanından qalmaqallı xəbərlərə əsəbi reaksiya:
 Arif Hacılı: "Baş verənlərlə bağlı məlumat əldə etmək istəyirsinizsə, Mustafa Hacıbəylinin açıqlamasını oxuyun”

Almaniyada azərbaycanlara qarşı əməliyyat, saxlanılanların olması və təzyiqlərin davam etməsi gündəmi zəbt edib. Yayılan məlumatlarda xüsusi diqqətçəkən məqamlardan biri Müsavat Partiyası ilə bağlıdır. Qeyd olunur ki, bu partiya saxta arayışlar tərtib edərək, siyasətdən uzaq olan insanların belə, siyasi mühacir kimi Almaniyaya göndərilməsinə şərait yaradıb.

Mühacir alverində adı hallananlar bunlardır: Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsən, Müsavat Partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov və Müsavat Partiyasının üzvü Elşən Abdullayev.

Sfera.az xəbər verir ki, Müsavat Partiyasının sədri Arif Hacılı ayna-ya açıqlamasında, baş verənlərə qısa və əsəbi şəkildə reaksiya verməklə kifayətlənib: "Almaniyada hələlik 57 və 49 yaşlarında, cəmi 2 azərbaycanlının həbsi ilə bağlı məlumat var. Baş verən hadisə ilə bağlı məlumat əldə etmək istəyirsinizsə, Müsavat Partiyasının Departament rəhbəri Mustafa Hacıbəylinin açıqlamasını oxuyun”.

Müsavatın adının sözügedən hadisədə mühacir alverində hallanması ilə bağlı sualımıza isə Arif Hacılı "Oldu, sağ olun!” deyib dəstəyi asmaqla cavab verdi.

Mustafa Hacıbəylinin sosial şəbəkə hesabından yaydığı açıqlamaya gəlincə, orada deyilir: "Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Məlumatda qeyd edilib ki, 49 və 57 yaşlarında olan iki azərbaycanlı miqrant saxlanılıb. Saxlanılanlardan birinin Əlövsət Əliyev olduğu da təsdiqlənib. Digər şəxsin isə Müsavat üzvü Mehdi Xəlilbəyli olması barədə məlumat yayılıb. Amma bu xəbər hələ öz təsdiqini tapmayıb”.

"Sosial mediada, həbs olunduğu bildirilən və müsavatçı kimi qeyd edilənlər arasında, həbsi barədə heç bir məlumat və Müsavat üzvü olmayan şəxslər də var. Məsələn, Müsavat üzvü kimi qeyd edilən Rəşad Məmmədov, nəinki Müsavat üzvü deyil, uzun müddət Müsavat və müsavatçılar əleyhinə kampaniya aparan şəxsdir. Bizdə olan ilkin məlumata görə, bəzi evlərdə olan axtarışlar və saxlanılmalar məhz onun şikayəti əsasında həyata keçirilib. Xüsusilə sosial mediada yayılan məlumatlarla bağlı araşdırmalar davam edir. Yaxın vaxtlarda daha dəqiq məlumatlar veriləcək. Hər halda Almaniyada mükəmməl ədalət mühakiməsi sistemi mövcuddur. Əminik ki, günahı olanlar cəzalarını alacaq, günahsızlar isə sərbəst buraxılacaqlar”, - deyə M.Hacıbəyli qeyd edib.

Vaxtilə Müsavat Partiyasının divan üzvü, hazırda isə AĞ Partiyanın sədri olan Tural Abbaslı da baş verənlərlə bağlı AYNA-ya açıqlama verib: "Təbii ki, o zamanlar da mühacirlər var idi. Amma mühacirlərin böyük əksəriyyəti həbslərə məruz qaldığı üçün ölkəni tərk etmişdi. Lakin bu hadisələr sonradan daha fərqli şəkildə cərəyan etməyə başladı”.

"Almaniya polisinin siyasi sifarişlərlə həbslər etməsi inandırıcı deyil. Bu baxımdan həbslərin ciddi qayda pozuntuları səbəbindən olduğunu düşünmək olar. Hər halda Almaniya polisinin faktları üzə çıxarmasını gözləməliyik. Ondan sonra hər şey daha da aydın olacaq”, - deyə Abbaslı əlavə edib.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031