“Musa elə bilirdi ki, özü də oteldə mənimlə birgə...” – Təranə “Maşın” şoudan sonra İLK DƏFƏ DANIŞDI

“Musa elə bilirdi ki, özü də oteldə mənimlə birgə...” – Təranə “Maşın” şoudan sonra İLK DƏFƏ DANIŞDI
Tanınmış ifaçı Təranə Qumral "Maşın” realiti şousundan sonra ilk dəfə Sfera.az-a müsahibə verib.

Sfera.az müğənninin müsahibəsini təqdim edir:

- Təranə xanım, necəsiniz?
- Həmişəkindən də yaxşıyam, təşəkkür edirəm. Azərbaycanın ən reytinqli şousunda iştirak etdim. 

- Bəs, Musa müəllim necə, sizdən 11 gün ayrı qala bildi?
- Musa elə bilirdi ki, özü də oteldə mənimlə birgə qalacaq, amma otelin qarşısına çatanda dedilər ki, Musa bəy təşəkkür edirik, sağ olun. Şoka düşdü ki, bəs, mən burada qalmayacam ki? Məcbur olub Musa getdi, gedəndə də Murad Dadaşova dedi ki, heç kimin ayıra bilmədiyi Təranə və Musanı siz ayırdınız. 
 


- Darıxırdınız?
- Düzü hə. Murad Dadaşov var olsun bizim üçün lüks şərait qurmuşdu, amma insanın ailəsini heç nə əvəz etmir.

- İştirakçılarla aranız necə idi? Kiminlə düşmən, kiminlə dost idiniz?
- Düşmən yox ... Hər bir iştirakçı ilə aram yaxşı idi, özümə qarşı onlardan çox hörmət gördüm. Bircə Sərxanla bəzi yüngülvari problemlər oldu.
 
 

- Yüngülvari?
- Hə (gülür-red.)...  Şouda qalmaqal olur da. Sərxanla düşmən deyiləm, düşmən olmaq fikrim də yoxdur. Mən onun uşaqlarını da, özünü də hər zaman çox istəmişəm. Sərxan özünü artistliyə qoysa da, demək istəyirəm ki, gördün, maşın sənin olmadı. Amma sən simanı tez dəyişdin. Birini o dedi, birini mən dedim. Amma o daha çox dedi. Çünki kişiliyindən istifadə etdi, ancaq mən ona keçirəm. Çünki ora bir oyun, realiti şou idi. İştirak etdik, real həyatımıza qayıtdıq. Tezliklə Sərxanla birgə toylarımız da var, yəni bunlara görə ona kin saxlamıram. 
 
 

- Görüşsəniz, salamlaşacaqsınız?
- Əlbəttə... Mən ondan küsməmişəm, kin də saxlamıram. Sadəcə gərək, o istiqaməti başqa səmtə yönəltməzdi. İkimizin arasında olan məsələ idi, səsverməyə görə kimlərəsə ismarış yollamaq lazım deyildi. Vallah maşın Sərxana da qismət olsa, sevinərdim. Mənim avtomobilim var, mən sadəcə iştirak etmək üçün ora getmişdim və İslama da demişdim, "finala qalsam, əlimi çəkəcəm sən apar deyə". Özündən də soruşa bilərsiniz.
 
 

- Amma xüsusi diqqətimi çəkən məqam var. Şounu bu gün tərk elədiniz, səhəri isə qonaq oldunuz və dünən sizə səsvermə ilə qalib olan Sərxan bəy əlini avtomobildən götürdü və getdi. Bu qisas idi, şou idi, ya qurma? Nə baş verdi axı?
- Sərxanı evlərinə yola salmağa getməmişdim (gülür –red). Ayağım düşmədi ona. Təsadüf idi... Sərxan mənim dostum olub, amma orada yalan danışdı. Musanın xarakteri fərqlidir, mən bilirəm də nə deyirəm. 

- Musa müəllim deyir ki, Sərxanın xanımı orada Sərxansız iştirak etsə idi, mən ona gözün üstə qaşın var deməzdim, necə lazımdır kömək edərdim. Amma Sərxanla siz ...
- Bilirsiniz, insanlar fərqli olur. Bəs mən nə deyirəm, Musa tamam fərqli xarakterli insandı. Davakardı, çılğındı, haqsızlığa dözməyəndi, ən zəif nöqtəsi də mənəm. Məni o qədər sevir ki, kimsə xətrimə dəysə, gücü çatsa, dünyanı dağıdar. Amma Sərxan yaxşı aktyordu. Elə bilirdi kinoya çəkilir, təkəri qucaqladı ağladı, nə bilim dondan-dona girdi. Mən qadınam əsla ağlamaram. İnsan da avtomobilə görə ağlayar? Dünya malıdır axı. Sərxan xoşagəlməz söhbətlər etsə də, ürəyini bildiyim üçün ona keçdim, yoxsa mənimlə başa-baş gəlməyə heç kəsin cəsarəti çatmazdı. Sərxan bizim evimizdə çox olub. Hətta evimizdə bir köməkçimiz var deyir ki, "o necə elə şeylər deyə bildi, axı mən öz əllərimlə onun qarşısına yeməklər bişirib qoymuşam". Nə isə, Sərxandır da... Duz çörəyi tapdaladı. Hər adam kəsdiyi çörəyə hörmət etməyi bacarmır. 
 
 

- Efirdə süjet yayımlandı ki, Sərxana butulka atdınız. Səbəb hələ də tamaşaçı və oxucu üçün maraqlıdır.
- Əsəblər gərgin, yuxusuz gecələr, yorğunçuluq, həm də stress var idi. Sərxan da elə hey danışırdı, deyinirdi. Butulkanı atdım ki, səsini bir kəs də. Qoy mən də fikrimi deyim. Birini mən dedim, beşini o, müxtəsər dalaşdıq.
 
 

- Şoudan ayrıldınız. Heç deyirsinizmi ki, kaş getməzdim, əsəblərim də pozulmazdı?
- Yox, əsla! Çox xoş oldu. Murad Dadaşovla yaxından tanış oldum. Çox gözəl, centilmen insandır. Ona olan hörmətim daha da artdı. Yenə çağırsalar yenə gedərəm (gülür – red.). Çünki həqiqətən "Maşın” şou Azərbaycanın ən bahalı, ən reytinqli, ən səviyyəli televiziya layihəsidir. Çoxunun həsrət çəkdiyi bir layihədir, amma mən bu şouda iştirak etdim. Maraqlı idi. "Maşın” şou ailəsinə, Murad Dadaşova, təşkilatçı İsmayıl Bağırova, hər kəsə təşəkkür edirəm.

Əfruzə Ağayeva
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...