Muradın yarım milyona gəldiyi Bakıdakı toy kimindir? - VİDEO - Yenilənib

Muradın yarım milyona gəldiyi Bakıdakı toy kimindir? - VİDEO - Yenilənib
 Yanvarın 13-də yerli və xarici məşhurların iştirak etdiyi dəbdəbəli toyun səbəbkarları məlum olub.  "Böyük Saray”da keçirilən və Murad Boz, Fərhad Köçər, Leonid Aqutinin qatıldığı gecə sosial şəbəkələrdə geniş müzakirə olunub. Türkiyə mediası toyun sahibini azərbaycanlı iş adamı kimi təqdim edib.  

"Qafqazinfo” toyla bağlı bəzi məlumatları əldə edib. Məlum olub ki, toyun səbəbkarları Güləndam Əhmədzadə və Fərrux Həsənovdur. 

Onların valideynlərinin kimliyi ilə bağlı məlumat verilmir. Hətta, toya dəvət olunan məşhurlara bu barədə xəbərdarlıq edilib. 

Qeyd edək ki, Türkiyə mətbuatı Muradın Bakıdakı toydan aldığı qonorarın miqdarı barədə məlumat yayıb. Bildirilik ki, Boz azərbaycanlı iş adamından toyda iştrirak müqabilində 400 min dollar ( təxminən 700 min AZN) pul alıb. 

İddia olunub ki, pop ulduz Türkiyədən Azərbaycana özəl təyyarə ilə gəlib.  

***

"Qafqazinfo"ya daxil olan məlumata görə, bəyin atası Fərhad Həsənov Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayeva isə "Moskva" univermağının sahibəsidir. 

Həmçinin, gəlinin Qaxda tanınmış nəslin təmsilçisi olduğu bildirilir.

***

Toy sahiblərinin yaxınları "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildiriblər ki, türkiyəli sənətçilərin xəbərdə qeyd olunduğu kimi 400 min dollara toya dəvət olunmaqları yalandır. Bu qiymət dəfələrlə şişirdilmiş və qeyri-ciddi informasiyadır. Lakin, onlar sənətçilərin hansı qiymətə toya dəvət edildiklərini açıqlamayıblar. 

 Sfera.az







 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...