Murad Dadaşov kimiləri bilməlidir ki... – Partiya sədrindən açıqlama

Murad Dadaşov kimiləri bilməlidir ki... – Partiya sədrindən açıqlama


"Bu cür insanların, sənət adamlarının, bəzi qeyri-siyasi ziyalıların siyasi məsələlərə qarışması həmişə onları gülünc vəziyyətdə qoyur”.

 

Bu sözləri Sfera.az-a açıqlamasında xalq artisti Murad Dadaşovun neftin xalqa deyil, dövlətə məxsus olması barədə fikrinə münasibət bildirərkən ADP sədri Sərdar Cəlaloğlu deyib:

 

 

"Murad Dadaşov kimiləri bilməlidir ki, Azərbaycan Konstitusiyasında dövlətimizin bütün sərvətləri xalqa, o cümlədən xalqımızı təşkil edən hər bir vətəndaşımıza məxsusdur”.

 

 

S. Cəlaloğlu qeyd etdi ki, dövlət xalqındır, dövlətin nəyi varsa, o da xalqındır: "Amma dövlət yaddırsa, işğalçı və xalqa ziddi dövlətdirsə, təbii ki, bu halda neft dövlətə məxsus ola bilsə də, xalqa məxsus olmaya da bilər. Bu yalnız müstəmləkə ölkələri haqqında deyilə biləcək fikirdir. Lakin müstəqil dövlətdə xalqla dövlət arasında hər hansı bir fərq qoymaq olmaz, yalnız bərabərlik işarəsi qoymaq olar. Bu baxımdan Azərbaycan nefti ölkənin hər bir vətəndaşına, xalqa və təbii ki, onların siyasi təşkilatı olan Azərbaycan dövlətinə məxsusdur. Dövlət istismarçı, yad, işğalçı dövlət deyilsə, deməli dövlətə nə məxsusdursa, xalqa məxsusdur. Xalqa da nə məxsusdursa, vətəndaşlara məxsusdur”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR