“Mükafatınızı alın və rədd olun!” - Siyasi mesajsız “Qızıl Qlobus”...

“Mükafatınızı alın və rədd olun!” - Siyasi mesajsız “Qızıl Qlobus”...

Ötən gün Los-Ancelesdə keçirilən 77-ci "Qızıl Qlobus" mükafatlandırma mərasimi maraqlı məqamlarla yadda qalıb.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ-la İran arasında yaranan gərginlik, Avstraliyadakı təbii fəlakətin kölgəsində baş tutan tədbirdə siyasi- sosial mesajlara yer verilməyib.

Belə ki, gecənin aparıcısı Ricky Gervais açılış mərasimində şüarların qarşısını almaq üçün çıxış edib: "Hamınız həssas olduğunuzu deyirsiz. Amma Çində qanunsuz istehsal edilən "Apple", "Amazon" və "Disney" ilə əməkdaşlıq edirsiz. İŞİD platforma yaratsa, birinci ora qoşulmaq istəyərsiz. Mükafat alsanız, əsla, bu səhnəni siyasi mesajlar vermək üçün istifadə etməyin. İnsanlara nəsihət verəcək biri deyilsiz. Həqiqi dünyadan bixəbərsiz. Mükafatınızı alın və rədd olun!"

Tədbirdə ən çox müzakirə olunanlardan biri də aktrisa Cate Blanchett olub. Belə ki, qırmızı xalçaya çıxan 50 yaşlı kino ulduzunun Mary Katrantzou imzalı paltarı məsxərəyə çevrilib və sosial medianın dilinə düşüb. Aktrisanın libası gecə lampasına bənzədilib.

Məşhur ingilis aktrisa Helen Mirren isə bahalı zinət əşyası ilə diqqət çəkib. O, gecədə Harry Winston markasına məxsus 4 milyon dollar dəyərində almaz boyunbağı, üzük və küpələrdən istifadə edib.


OXŞAR XƏBƏRLƏR