Müjdə! Keçəlliyi kökdən həll edən bir dərman kəşf edildi

Müjdə! Keçəlliyi kökdən həll edən bir dərman kəşf edildi
 Cənubi koreyalı elm adamları yeni saç kökləri təşkil edən biokimyəvi maddə istehsal etdiklərini irəli sürüb. Bu üsulun saç tökülməsinin müalicəsində cığır açacağı qeyd edilib. 

GoldNews.Az xəbər verir ki, Koreya Təhsil Nazirliyi verdiyi bəyanatda Yonsei Universitetindən Çoi Kang Yellin başçılıq etdiyi araşdırma qrupunun yeni saç köklərinin yaranmasını əngəlləyən dərman istehsal etdiyini bildirib. Araşdırma Koreya Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilib.

Choinin dəstəsi saç köklərinin inkişafını əngəlləyən, dağınıq zülalı bağlayan CXXC tip 5 barmaq sink zülalı kəşf edib. Sözügedən protein saç kökü formalaşması və yeniyetmələrdə yeni saç kökü yaratmaq siqnalını verən Wnt siqnalının yolunu kəsir.

Tədqiqatçılar bu kəşflə CXXC-in dağınıq zülal ilə bağlanmasını əngəlləyən bioloji maddə olan PTD-DBMYİ inkişaf etdirib. Bu maddə laboratoriya siçovulun keçəl dərisinə tətbiq olunub və bu zaman yeni saç köklərinin çıxdığı müşahidə edilib. Bu iş keçən ay "İnvestigative Dermatology" (Dəri elmi araşdırması) jurnalında bir araşdırma tezisi olaraq dərc olunub.

Yeni kəşf edilən biokimyəvi maddənin dazlaşma müalicəsində istifadə edilən saç tökülməsinin qarşısını alan, ya da saçları sıxlaşan mövcud dərmanlardan fərqli olaraq, yeni saç kökləri yaranmasını təmin etdiyi qeyd edilib. Bazardakı dazlaşma dərman vasitələrinin hormon dəyişikliyinə səbəb olduğu, gücsüzlük və ya baş dönməsi kimi bəzi yan təsirləri olduğu qeyd edilib.

Tədqiqat qrupunun rəhbəri Çoi yeni inkişaf etdirilən maddənin yalnız dazlaşma müalicəsində istifadə etməklə qalmadığı, zəifləşən dərinin yenidən yaranmasını təmin etdiyini də iddia edib.

Dünyada yüz milyonlarla insanın saç itkisinə mane olmaq üçün onlarla il işləməsinə baxmayaraq, hələ də bir müalicə tapılmayıb.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR