\"Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə\" kitabı fransız dilində çap edilib

\
"TEAS Press" Nəşriyyatında "Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə" ("Khojaly Witness of a war crime - Armenia in the Dock") kitabı fransız dilində çap edilib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, kitab ilk dəfə 2014-cü ildə ingilis dilində Londonun "ITHACA PRESS" nəşriyyatında (tərtibçilər: İen Peart, Fiona Maklaxlan) və 2015-ci ildə rus dilində Sankt-Peterburqun "Vestnik" Nəşriyyatında işıq üzü görüb. "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kitaba müqəddimə yazıb.

"Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində işıq üzü görən bu kitab 1992-ci il 26 fevral Xocalı hadisələrini ilkin mənbələrə əsasən sənədləşdirilən və Qərbdə ingilis dilində işıq üzü görən ilk nəşrdir. Bu nəşr Xocalı qətliamından sağ çıxan insanlardan Qərb müəllifləri tərəfindən müsahibə yolu ilə alınmış şahid ifadələrinin ilk toplusudur.

Kitabda Qərb və Rusiya mediasında Xocalı hadisəsi ilə əlaqədar çap olunmuş məqalələr, həmçinin elmi araşdırmalar yer alıb. Xocalı qətliamına dair beynəlxalq insan hüquqları təşkilatlarının (Memorial və Human Rights Watch/Helsinki) hesabatları topluda tam şəkildə çap olunub.

Xarici fotomüxbirlərin (Viktoriya İvleva, Frederik Lenqaiqn, David Brauxli, Klaus Reysinger, Lin Heng Shing və George de Kerl) lentə aldıqları nadir fotoşəkillər də kitabda xüsusi yer tutur.

Topluya beynəlxalq mediadan (The Washington Post, Le Monde, The Times, Труд, Комсомольская правда və s.) daxil edilmiş materiallar və fotoşəkillər TEAS tərəfindən eksklüziv anlaşma nəticəsində əldə edilmişdir və ilk dəfədir ki, işıq üzü görür.

"Khojaly Witness of a war crime - Armenia in the Dock" (Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) kitabı Xocalı qətliamına dair obyektiv vəziyyəti əks etdirən bir hesabat olub, beynəlxalq ictimaiyyəti onun haqqında hərtərəfli şəkildə məlumatlandıran nadir nəşrlərdən biridir.

OXŞAR XƏBƏRLƏR

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...