Mühacirət şizofreniyası

Mühacirət şizofreniyası
 

Dünyada başa düşməyə çətinlik çəkdiyim bir neçə məsələ var. Biri insanların heç bir təhlükə olmadığı halda danışmaq yerinə israrla susmaları, ikincisi ölkələrində yaşayarkən ictimai faydalılıq əmsalları 0-a çatmayanların min bir fırıldaqla ölkədən gedəndən sonra "Vətən”, "millət”, "dövlət” kəlmələrinə sığınıb vətənşüvənliklə məşğul olmalarıdır. Hər iki kateqoriyaya aid olanların hərəkəti ziyanlıdır, amma ikincilər birincilərdən daha təhlükəlidirlər. Çünki, susanlar öz qərarları ilə sussalar da, danışan başqalarının – o Vətəni, o milləti, o dövləti zillət içində görmək istəyənlərin, bu yolda zəif bəndlər tapıb onlara para saçmaqla siyasətlərinə alət edənlərin qərarları ilə danışırlar.

Tiflisdəydim. Bakıya dönər-dönməz gündəmin yenə Orduxan adlı fərariyə kökləndiyini gördüm. Sərsəmliyə təəccüb eləməsəm də o çıxışa hayıl-mayıl olanlara da, Orduxandan qəhrəman düzəldənlərə də təəssüf elədim.
 

Müstəqilliyimizin 101-ci ilini yaşayırıq. Ancaq 70 illik sovet işğalının yaralarını tam sara bilməmişik. Azərbaycanı arzuladığımız kimi – bütöv, azad, yüksəlişdə görmək için hələ neçə illər mücadilə verməliyik. Bəlkə bir ömür qədər. Ona görə Vətəni bu halda qoyub şəxsi rifahı üçün ölkədən gedənlərə haqq qazandıra bilmirəm. Təbii, hamıdan eyni dərəcədə millət təəssübü, Vətən sevgisi bəklənməz. Üstəlik insan bir dəfə yaşayır – hər kəs ömrünü harada keçirmək qərarında sərbəstdir. Gerçəkdən basqı görənlərə də sözüm yoxdur. Hərbi mənada işlətmədiyimiz "fərari” kəlməsi ölkədə olarkən fəal vətəndaşıq mövqeyi ilə seçilməyən, aradan çıxdıqdan sonra isə varlıqları ilə Vətənə güc verənlərə mücadilə dərsi keçənlər üçündür.

 

Orduxanın Brüsseldə göstərdiyi primitiv məhəllə şousunun birinci hissəsini 2014-cü ildə Strasburqda - Azərbaycan Avropa Şurası Parlament Assambliyasının dönəm sədri olanda canlı izləmişdim. Velosipedi ilə gəlib Avropa Şurasının binası önündə bir az qışqır-bağır saldı – diqqət çəkməyə çalışdı, sonra "eyni bulaqdan su içdiyi” azərbayanlılara qoşulub sessiya salonuna keçdi. O dəstə prezident Əliyevin çıxışını ağızlarını skoçlayaraq dinlədi. Azərbaycanda azad sözə basqılara etiraz eləyirmişlər. Sonra hərə öz Renault-suna, Pegout-suna, velosipedinə minib uzaqlaşdı.

 

Ertəsi gün də Orduxanı gördüm. Abxaziya və Osetiyanı işğal etdiyi üçün Rusiyanın Avropa Şurası üzvlüyündən çıxarılmasını tələb edən gürcülərin yanında Azərbaycan iqtidarının əleyhinə plakatla dayanmışdı. Yaxınlaşdım, müsahibə istədim. Öncə - həyatında ilk dəfə gördüyü qəzetçiyə "siz onsuz da düzünü yazmırsız” dedi, sonra nə düşündüsə razı oldu. İlk gürcülər kimi davranıb Azərbaycan ərazilərini işğal edən Ermənistanın Avropa Şurası üzvlüyündən çıxarılması tələbini irəli sürmək fikrinin olub-olmadığını soruşdum. Primitiv yanaşması ilə "o aksiyanı da Azərbaycan hökuməti təşkil eləsin”, dedi. Adam öz dili ilə fərqli tapşırıq aldığını etiraf etmişdi...

 

İkinci sualım mühacirət səbəbləri haqqında idi. Uzun, dolaşıq, anlaşılmaz "səbəblər” sayaraq Azərbaycanda ciddi basqılarla üzləşdiyi haqqında nağıl danışdı. ‘’İllərdir aktiv jurnalistikadayam, basqı ilə üzləşən hər kəsi demək olar, şəxsən tanıyıram, haqqınızda heç nə eşitməmişəm’ deyəndə nağılını yarımçıq kəsdi, velosipedinə minib getdi.

Mühit normal insanı şəkilləndirir. Danışığı, hərəkəti zaman keçdikcə yaşadığı ortama uyğunlaşır. Orduxan Allah bilir neçə ildir Avropaya qaçıb, amma o azad toplum, böyük mədəniyyət köntöylüyündən heç nəyi əskildə bilməyib. Həmin bəsit leksikonlu bağırtı bəlkə də onun nə dediyini anlamayanlara cəsarətli çıxış kimi görünə bilər, məsələnin əsli isə gerçək bir beyin xətasıdır.

 

Orduxan ortaya atanlar onu təlimat verməmişdən son ayların prezident müşavirələrini izləsinlər, imzalanan Fərman və sərəncamlara baxsınlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşanlar üçün salınan qəsəbələr, onların ailələrinin dəstəklənməsi, soaial ödənişlərin, pensiyaların, əmək haqlarının artırılması, əfv fərmanı, məhkəmə islahatları, ölkədən çıxış qadağası olan şəxslərlə bağlı qərarların dəyişdirilməsi, daxili istehsalın stimullaşdırılması, mülkiyyət haqlarının qorunmasına yönəlik qərarlar... - bütün bunlar orduxanların dili ilə tənqid edilən iqtidarın bir neçə ayda atdığı addımların bir hissəsidir.

 

Problemlər yoxdurmu? Var. İçdən, dışdan ölkə üçün yaradılan çətinliklərin sayını da, hesabını da xalqdan çox, idarəçilər bilir. İndi doğru olan o problemləri aradan qaldırmaq istəyənlərin qarşısında yox, yanında olmaqdır.

 

Yəni əl-ayağa dolaşmayın. Azərbaycanda yaşayanlar, həyatını dövlətin, toplumun daha güclü, daha azad olmasına həsr edənlər Vətən və şüvən arasındakı fərqi gözəl anlayır. Azərbaycanın öz qərarları, öz yolu var - siyasəti dünyanı istismar etməyə köklənən ölkələrin fitfası burda işləmir.

 

Aygün Muradxanlı



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...