Müğənni Talıba pərəstişkarı canlı efirdə evlilik təklif etdi - VİDEO

Müğənni Talıba pərəstişkarı canlı efirdə evlilik təklif etdi - VİDEO
 ATV-də yayımlanan "7 canlı” axşam şousunda gözlənilməz hadisə yaşanıb. 

Sfera.az xəbər verir ki, sözügedən proqramda qonaq olan müğənni Talıb Taleyə canlı efirə qatılan Alsu adlı sarışın xanım evlilik təklifi edib. 

"Bəlkə də Talıb bəy indi söyləyəcəklərimdən şoka düşəcək, amma bu verilişə məhz onun üçün qatılmışam. Talıb bəy məni tanımır, çünki onun gizli pərəstişkarıyam. Onun şəkillərini yığıb albom etmişəm. Nişanlı olduğundan ürək edib ona yaxınlaşa bilmirdim. Talıb bəyin nişanlı olması qarşımı kəsirdi. Ona mane olmaq istəmirdim. 

Bəlkə də Talıb bəy buna hazır deyil, amma mən ona ürəyimi açmaq istəyirəm. Bilirəm ki, nişanını qaytarıb və hazırda subaydır. Bu mənim üçün böyük fürsətdir. Talıb bəylə evlənmək istəyirəm. Onunla evlənmək istədiyimi hətta ailəm də bilir. Otağımın hər yerində Talıb bəyin fotoları var. Yalnız onun mahnılarına qulaq asıram”.

Canlı efirdən müğənniyə elçi düşən xanımın cəsarət dolu etirafı müğənninin heyrətinə səbəb olub. Sənətçi evlilik təklifini belə şərh edib:

"Bu xanımın simasında yüzlərlə belə pərəstişkar görmüşəm. Xanımın hislərinə hörmətlə yanaşıram. Müğənni kimi mənə qiymət verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm, amma hələ ki evlilik haqqında düşünmürəm. Cəsarətinizə görə, çox sağ olun”

Qeyd edək ki, müğənni Talıb Tale 2018-ci ilin mayında nişanlanıb. İl yarım nışanlı qalan Talıb ötən ilin payızında nişanlısından ayrılıb. 



OXŞAR XƏBƏRLƏR

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...