Müflis olan bankın baş direktoru istefa verdi

Müflis olan bankın baş direktoru istefa verdi
"Bank Technique" ASC-dən kadr axını davam edir. Sfera.az "APA"ya istinadən xəbər verir ki, bankın baş direktoru, biznesin inkişafı departamentinin direktoru Kamran Alik oğlu Axundov öz xahişi ilə işdən çıxıb. 

Qeyd edək ki, K. Axundov 17 iyun 1981-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bakalavr, 2004-cü ildə isə magistr dərəcəsi üzrə bitirib.

 2004-2005-ci illərdə “Avropa LTD” şirkətində mühasib vəzifəsində çalışdıqdan sonra, 2005-2012-ci illər ərzində Azərbaycan Beynəlxalq Bankında xidmət bölməsinin mütəxəssisi vəzifəsindən Pərakəndə biznes departamenti, “ABB-Premyer” Müştəri xidmətlərində rəhbər müavini vəzifəsinədək yüksəlib. 2012-ci ilin iyun ayından “Bank Technique” ASC-də çalışıb.

Qeyd edək ki, "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC) ciddi maliyyə problemləri ilə üzləşməsi səbəbindən müflis olmaq təhlükəsi qarşısındadır. Hazırda bankda bütün əməliyyatlar dayandırılıb, kartlar bloklanıb, əhalinin depozitləri isə qaytarılmır. Həmçinin, Dövlət İpoteka Fondunun bu banka ayırdığı vəsaitin idarə olunması alınaraq "Caspian Development" bankına həvalə olunub. 


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...