Müflis olan AST Telmanın obyekti üzə çıxıb - Las-Veqasda
Telman İsmayılovun Amerkanın Las-Veqas şəhərindəki ticarət mərkəzinə həbs qoyulub.
"Kommersant” qəzeti bununla bağlı ABŞ məhkəməsinə "Moskva Bankı”nın müraciət etdiyini bildirib. Bank "Çerkizov” bazarının eks-sahibini kreditlərini ödəməkdən imtina edərək, öz varidatını ölkədən çıxarmaqda ittiham edib. Moskva Bankı həmçinin İsmayılovun borcunun 19 milyard rubla çatdığını bildirib.
Azərbaycanlı milyarderin ABŞ-da əmlakı olmasını bank Kipr məhkəmələrinin sayəsində öyrənib. Belə ki, İsmayılov Las-Veqasdakı ticarət mərkəzini 2014-cü ildə alıb. "Craig Valley Plaza” adlanan ticarət mərkəzinin ərazisi 7 min kvadrat metrdir. Bu mərkəz əvvəllər əslən İran yəhudisi olan məhşur biznesmen Sem Nazaryana məxsus olub.
Qeyd edək ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi bu ilin martında Telman İsmayılovu müflis elan edib.
Sfera.az