Cəmİyyət

“Müəyyən şəxslərin kənarlaşdırılması istisna deyil” - DMX rəisi

“Müəyyən şəxslərin kənarlaşdırılması istisna deyil” - DMX rəisi
"Vətəndaşların müraciətlərini və şikayətlərini təhlil etmişik. Eyni zamanda özümüz apardığımız araşdırmalarda müəyyən istiqamətlər təyin etmişik və ilk addımlara başlamışıq”.

Sfera.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib. 

O, qeyd edib ki, Dövlət Miqrasiya Xidməti var gücü və bacarığı ilə çalışacaq ki, bütün narahatlıqlar və qeyd edilən iradlar aradam qaldırılsın: 

"Təbii ki, kadr islahatları bizim daxili kadr idarəçiliyinin bir hissəsidir. Bu, mütəmadi olan bir prosesdir. Bununla bağlı artıq mətbuatda da müəyyən məlumatlar yer alıb. O kadrlar ki, cənab prezidentin tapşırıqlarını icra etməyə qadirdir, onlara bilik və bacarığı var, biz həmin kadrlarla işləyəcəyik. Təbii ki, bu islahatlar müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir. Bizim yanaşmamız ondan ibarətdir ki, işçilərin bilik və bacarığını artıraq. Onların bilik və bacarıqlarından maksimum və səmərəli istifafə edək. Bununla bağlı müəyyən yerdəyişmələr həyata keçiririk”.(qafqazinfo)
AdRiver
loading...

XƏBƏR LENTİ