“Müğənnilər çılpaq geyimiylə, onu saxlayanla...” – Əli Mirəliyev əsəbiləşdi

“Müğənnilər çılpaq geyimiylə, onu saxlayanla...” – Əli Mirəliyev əsəbiləşdi

"Özünüz də şahidisiniz ki, siyasətdən xəbəri olan da, olmayan da bu haqda danışır. Onlar bilmlədirir ki, siyasət onlarlıq deyil, getsinlər oxumalarıyla məşğul olsunlar”

Sfera.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev bəzi müğənnilər haqda danışarkən deyib. Ə.Mirəliyev hətta bəzilərinin könlündən deputatlıq keçdiyini də bildirib:

"Gülüstün Əliyevanın səsləndirdiyi fikirləri iyirmi ildir ki, deyirəm. İndi guya o, yenilik edib. Əlbəttə, müğənni öz sənətiylə sevilməlidir. Haçan Şövkət xanım və ya Gülağa deyib ki, kimimsə rəhmətə gedib. Belə şeylər olmayıb. Ümumiyyətlə, ailə məsələlərinin bizim sənətimizə aidiyyatı olmayıb. Bu gün çoxları özlərini ailələriylə reklam edirlər. Müğənni çılpaq geyimiylə, onu saxlayanla yox, ifasıyla gündəmə gəlməlidir. Kimisə "Həci” saxlayırsa və iki uşağı varsa, bu, insanlara maraqlı deyil. Biz belə etməklə gənclərin baxışlarını pozuruq. 

Müğənni ancaq müğənni olmalıdır, bunlardan deputat olar? M.Maqomayevi o vaxt Heydər Əliyev deputat seçmişdi, amma o, dedi ki, bu işi bacara bilmərəm. Amma bizim bu günki müğənnilər görün nə qədər darsavadlıdırlar ki, müğənni kimi bir şey əldə edə bilməyib, indi də deputat seçilib gündəmdə qalmaq istəyirlər. Guya bunlar Milli Məclisdə insanlara xeyir gətirəcək. Adama deyərlər, sən müğənni olub insanlara nə xeyir gətirmisən ki, indi də deputat kimi xeyir verəsən? Hər insanın öz peşəsi var. 

Bunlar mahnının sözlərini düzgün bilmir, amma fəxri adlar, təqaüdlər almaq istəyirlər. Bu çıxış yolu deyil, hərə öz işiylə məşğul olmalıdır, öz işləriylə məşğul olmayanda, sonda da gəlib belə anarxiya olur. Özünüz sə şahidisiniz ki, siyasətdən xəbəri olan da, olmayan da bu haqda danışır. Onlar bilməlidir ki, siyasət onlarlıq deyil, getsinlər oxumalarıyla məşğul olsunlar. Mənə desələr ki, səni deputat seçirik, fikirləşmədən deyərəm ki, yox. Amma hansı ki, buna ehtiyacım var, xəstə adamam, dərman almağa pulum yoxdur. Lakin bunlar görün nə qədər çaşıblar, həyasızlaşıblar ki, oxuya bilmirlər, amma fəxri ad alırlar. Onlardan soruşmaq lazımdır ki, hansı əmək fəaliyyətinə görə bunlara fəxri ad veriblər. Bunlar gülməli və faciəvidir. Əvvəllər bu adı almaq üçün bizə on yerdən təqdimat verilməli idi. İndi kimsə bir adamın xoşuna gəlirsə, ona fəxri ad verirlər”.  

Qeyd edək ki, Əməkdar artist Gülüstan Əliyeva "Həci” mövzusu və qohumlarının vəfatıyla gündəmə gələn ifaçıları qınayıb. 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...