Hadİsə

Müğənni Şəhla Nadirqızı qəza törədərək ölüb - VİDEO - FOTO

Müğənni Şəhla Nadirqızı qəza törədərək ölüb - VİDEO - FOTO
Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtoqəza baş verib.

Sfera.az ONA.az-a istinadən xəbər verir ki, Quba rayon sakini Paşayeva Şəhla Nadir qızı "Kia" markalı avtomobillə paytaxtdan Abşeron rayonunun Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə və ağaca çırpılıb. Deformasiyaya uğramış avtomobildə ağır xəsarətlər alan Ş.Paşayeva yerində keçinib.

Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Müəyyən olunub ki, sürücü spirtli içkinin təsiri altında avtomobili idarə edirmiş.

Məlumata görə, Ş.Paşayeva müğənni kimi fəaliyyət göstərirmiş.
 

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031