Maqazİn

Müğənni Nəzakət Məmmədovanın sirli ölümü: Onun prokuror sevgilisi kim olub?

Müğənni Nəzakət Məmmədovanın sirli ölümü: Onun prokuror sevgilisi kim olub?
Sfera.az Oxu24.com-un unudulmaz müğənni Nəzakət Məmmədovun həyat yolu ilə bağlı araşdırma yazını təqdim edir.


Nəzakət Məmmədova


Azərbaycan musiqisinin unudulmaz simalarından olan Nəzakət Məmmədova 1944-cü ildə Gəncə şəhərində anadan olub. Valideynləri onu müəllimə görmək istəsələr də, taleyin yolları Nəzakət xanımı səhnəyə aparıb.


O, opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirməyə başlayıb. Nəzakət Məmmədova Leyli obrazları arasında yeni bir səhifə açan sənətkarlardan hesab edilir.


O, "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır.


Böyük sənətkar musiqimizi nəinki Azərbaycanda, həmçinin Türkiyə, İran, Əfqanıstan‚ Almaniya, Belçika, İtaliya kimi ölkələrdə də sevdirib.


Korifey sənətkarın qətli


Dövrünün ən məşhur müğənnilərindən olan Nəzakət Məmmədovanın faciəli ölümü bu gün də onu sevənlərin etirazı ilə qarşılanır. Sənətçinin ölümü ilə bağlı müxtəlif versiyalar dolaşır. O vaxtlar yayılan şayiələrdə onun qatilinin Tamerlan Qarayev olduğu barədə fikirlər səslənsə də, sənətçinin bacısı bu söz-söhbətin həqiqətə uyğun olmadığını, onun uğursuz plastik əməliyyatın qurbanı olduğunu deyir:


"Nəzakət gözəl qadın idi. Amma boğazının dərisindən xoşu gəlmirdi. Boğazında şişkinlik vardı. Nəzakət də bunu özünə dərd eləmişdi. Xarici ölkəyə səfərə hazırlaşırdı. Buna görə də əməliyyat etdirmək istəyirdi, deyirdi, uğurlu alınsa, gözlərimin də quruluşunu dəyişəcəyəm. Soçidə həkim tapmışdı. Onu inandırmışdılar ki, əməliyyatla dərisini dartıb gözəlləşdirəcəklər. Amma əməliyyat zamanı yuxu damarını zədələmişdilər. Nəzakət bu əməliyyatdan sağ çıxmadı".


Soçi şəhərində Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boğazındakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilir.


Nəzakət Məmmədova haqqında deyilən digər məlumatlarda isə onun evliliyinin çox uğursuz olduğu, həyat yoldaşı tərəfindən hər gün döyüldüyü deyilir.


Həyatı başdan-başa çətinliklərlə keçən korifey sənətkar Nəzakət Məmmədova 1980-ci il 21 oktyabrda vəfat edib.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031