Müğənni Manaf bu gün oğluna toy edir: Məhərrəmliyin ilk günü

Müğənni Manaf bu gün oğluna toy edir: Məhərrəmliyin ilk günü
 Müğənni Manaf Ağayev bu gün oğluna toy çaldırır. "Niel" şadlıq sarayında baş tutacaq məclis yalnız kişilər üçün nəzərdə tutulub.
 
Sfera.az Primetime.az-a istinadən xəbər verir ki, Məhərrəm ayının ilk günü övladına toy edən ifaçı özünə bəraət qazandırmağa çalışıb. O, öncə məhərrəm ayının sabah, daha sonra isə bu gün axşam başlayacağını deyib: "Məhərrəm ayı sabah başlayır. Biz saat 2-də başlayıb axşam 6-7 yə məclisi bitirəcəyik. Məhərrəmlik axşam girir".
 
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq. İdarədən məhərrəm ayının artıq başladığı və bunun saatla tənzimlənmədiyi bildirildi.

OXŞAR XƏBƏRLƏR