Müğənni ad gününə həmkarlarını dəvət etdiyinə görə cərimələndi

Müğənni ad gününə həmkarlarını dəvət etdiyinə görə cərimələndi
Tacikistanın məşhur müğənnisi mərasimlər haqqında qanunu pozub.

Tacikistanın paytaxtı Düşənbədə məhkəmə ölkənin məşhur müğənnisi Firuzə Hafizovanı 5 min somoni (500 dollardan çox) cərimə edib.

Yerli mətbuatın məlumatına görə, buna səbəb müğənninin öz ad gününə bir neçə həmkarını dəvət etməsi olub. 

Qonaqlıq barədə videosüjet internetdə yayıldıqdan sonra, onu televiziyada da nümayiş etdiriblər.

Tacikistanın ənənələr, mərasimlər haqqında qanununa əsasən, vətəndaşlar ad gününü yalnız ailə üzvləri ilə keçirə bilərlər və tədbirə dostlarını, müğənniləri dəvət edə bilməzlər. Bundan başqa ad günündə heyvan kəsintisi də qadağan edilir.

Qanun 2007-ci ildə qəbul edilib. Prezident Emomali Rəhmon bəyan edib ki, böyük toy və yas mərasimləri ailələr üçün ağır yükə çevrilir.

Qanun təmtəraqlı ad günləri, korporativ tədbirləri, məktəblərdə şənlik yığıncaqlarını, toyları, banketləri, yas mərasimlərini tənzimləyir. Belə ki, toya dəvət edilən qonaqların sayı 150 nəfərdən artıq ola bilməz, toyun özü isə 3 saatdan artıq keçməməlidir. Şadyanalıq saat 18:00-a qədər davam edə bilər.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...