Müəllimlərin yay məzuniyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
23:15 / 02.06.2020
4861
Müəllimlərin yay məzuniyyəti hər zamankı vaxtında başlayacaq.
Sfera.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
O əlavə edib ki, virtual dərslərin keçirilməsi ilə bağlı müəllimlər qarşısında məcburiyyət yoxdur: "Virtual dərslər pandemiya dövründə mövzuları mənimsəmək üçün keçirilirdi. Dərs ili bitibsə, bu dərslər keçirilməyə də bilər”.