Müəllimlər nə qədər maaş alacaq? - NAZİRLİK AÇIQLADI

Müəllimlər nə qədər maaş alacaq? - NAZİRLİK AÇIQLADI
 

Prezident İlham Əliyevin ötən gün imzaladığı "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir.

Sfera.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncam onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. 

Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, cari il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq.

Prezident İlham Əliyevin "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı isə qeyd olunan müəllimlərin və işçilərin aylıq vəzifə maaşlarının sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmasını nəzərdə tutur.

Hər iki Sərəncam ümumən ölkəmizdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması tədbirlərinin getdikcə geniş vüsət aldığını, dövlət başçısının siyasətinə uyğun olaraq, dinamik iqtisadi inkişafın ilk növbədə vətəndaş rifahının təminatı hədəfinə yönəldildiyini bir daha təsdiq edir.


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...