Müəllimlər İŞSİZ QALACAQ: 23 dil bilən robotlar gəlir

Müəllimlər İŞSİZ QALACAQ: 23 dil bilən robotlar gəlir
Finlandiyada robot müəllimlər işə başlayıb. 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, ölkənin Tampere şəhərində ibtidai siniflərə "Elias" adlı robot müəllimlər dərs deyir. 

Bu balaca robotlar xarici dil və riyaziyyat dərslərini tədris edir.

23 dildə danışa bilən robotlar hələlik, uşaqlarla ancaq fincə, həmçinin, ingilis və alman dillərində ünsiyyət qurur. 

Qeyd edək ki, bu pilot layihədir. Robotların işi uğurlu alınarsa, dünyanın bir çox ölkəsində müəllimləri bu robotlar əvəzləyə bilər.

Lalə Nəsirova

OXŞAR XƏBƏRLƏR