Müəllimlər direktoru hədələyərək 25 min manat aldı

Müəllimlər direktoru hədələyərək 25 min manat aldı

Bakıda qadına hədə-qorxu gələrək 25 min manat alınması hadisəsi ilə bağlı yeni detallar məlum olub.

Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı hədələnən şəxs Ağdam rayon 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Yeganə Vəliyeva olub. Onu hədələyən R.Aslanov və N.Baxşəliyev isə həmin məktəbin müəllimləridir.

Hər iki kişi saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsinə müraciət edən Ağdam rayon sakini olan qadın 2 nəfərin ona hədə-qorxu gəlib 25.000 manat pul verməsini tələb etmələrini bildirib.

Müraciətlə əlaqədar Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin şəxslər M.Həsənov küçəsində qadından pulu alarkən cinayət başında yaxalanıblar.

Araşdırmalarla onların R.Aslanov və N.Baxşəlıyev olduqları müəyyən edilib.

Faktla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...