Müəllim özünü öldürtmək üçün “killer” tutub - Film kimi cinayət

Müəllim özünü öldürtmək üçün “killer” tutub - Film kimi cinayət
İstanbulda məktəblərdən birində müəllim işləyən İlkay Sivaslı adlı qadının 21 apreldə qətlə yetirilməsinin təfərrüatları ortaya çıxıb.

Cinayəti törətməkdə şübhəli bilinən Tanju adlı şəxs Adanada ələ keçirilməsindən sonra cinayətin necə işlənildiyi məlum olub.


O, polislərə ifadəsində film ssenarisinə mövzu olacaq qəribə təfərrüatları dilə gətirib. Belə ki, Tanju İlkayın 10 ildir birlikdə olduğu kişidən ayrıldıqdan sonra psixoloji sarsıntı keçirdiyini və depressiyaya düşdüyünü deyib. İlkay bu səbəbdən özünü öldürmək istəyib. Bunu özü edə bilməyən müəllim İlkay "killer”lə razılaşıb. Tanjunun sözlərinə görə, İlkayı öldürmək üçün onunla 6 min lirəyə (təxminən 1700 manat) razılaşıb.

Məsələnin digər qəribə tərəfi isə "killerin” qadına aşiq olması olub. Belə ki, Tanju İlkayı sevdiyini bildirib və onu öldürmək istəməyib. Müəllim isə tez-tez qatilinə "Məni nə zaman öldürəcəksən?”, "Məni dostlarımın yanında öldürmə” kimi mesajlar göndərib və ölümünü tezləşdirməsini istəyib.


24 günlük yazışmalar və görüşdən sonra Tanju müəllimi öldürüb. Məlumata görə, o, öncə qadını boğaraq öldürmək istəyib. Buna nail ola bilmədiyi üçün güllə ilə vurub.

Hazırda faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...