Müəllim şagirdi döydü: Rusiyada böyük səs-küy yaradan hadisə - VİDEO

Müəllim şagirdi döydü: Rusiyada böyük səs-küy yaradan hadisə - VİDEO
Sosial şəbəkələrdə məktəbli ilə müəllim arasında münaqişənin videosu yayılıb.

Xoşagəlməz hadisə Rusiyanın Tolyatti şəhərində yaşanıb.

Kadrlardan görünür ki, müəllimə əli ilə qızın üzünə zərbələr endirir. 

Videoya verilən şərhdə insidentin məktəbli qızın dərs zamanı şəkil çəkməsi olub. Müəllim masasının üstündəki bütün dərslikləri şagirdə tərəf tullayıb. Bununla hirsi soyumayan pedaqoq güc tətbiq etməyə başlayıb.

Özünü itirən şagird, "Siz dəli olmusuz?" deyir və özünü zərbələrdən qorumaq üçün müəllimənin əllərini tutmağa cəhd edir.

Məlumata görə qız 5-ci sinif şagirdidir, qadın isə dərs hissə müdiri vəzifəsində çalışır.BAKU.WS




OXŞAR XƏBƏRLƏR