Cəmİyyət

Müəlliflər gəlirlərinin 5 faizini hansı quruma ödəyəcək?

Müəlliflər gəlirlərinin 5 faizini hansı quruma ödəyəcək?
Nazirlər Kabineti "Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən Müəllif Hüquqları Agentliyinə ödəniləcək illik haqqın məbləği barədə” qərar verib.

 
Sfera.az xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.



Qərara əsasən, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hesabat ili ərzində müəlliflər və əlaqəli hüquq sahibləri üçün yığdıqları qonorarın 5 (beş) faizi həcmində Müəllif Hüquqları Agentliyinə illik haqq ödəyəcəklər.
 

Həmin haqq hər növbəti ilin aprel ayının 1-dək Müəllif Hüquqları Agentliyinin hesabına köçürülməlidir.
AdRiver

XƏBƏR LENTİ

«    Fevral 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728