Müddətin uzadılması hamının xeyrinədir- ekspert

Müddətin uzadılması hamının xeyrinədir- ekspert
"Müddət uzadılmasa bəzi banklar üçün müəyyən təhlükələr, öhdəliklərin yerinə yetirilməsində problemlər yarana bilər”
Sfera.az-a açıqlamasında bu sözləri bank əmanətlərinin tam sığortalanması müddətinin daha bir ilə qədər uzadılacağıyla bağlı verilən rəsmi açıqlamaya münasibət bildirərkən iqtisadi Tədqiqatlara Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyib:   
 
"Bu gün Azərbaycanda bank sektoru hələ ki, devalvasiyanın təsirindən tam olaraq qurtulmayıb. Hələ də bir sıra banklar var ki, onların bağlanma risqi mövcuddur. Onların aktivlərinin əksər hissəsi zərərlə işləyirvə normal fəaliyyət göstərə bilmirlər. Belə bir vəziyyətdə əmanətlərin sığortalanması müddəti uzadılmasa, həmin əmanətlərin geri çəkilməsi prosesi başlaya bilər. Burada söhbət orta statistik əmanətçidən, banka 5-10 min manat qoyanlardan getmir. Çünki bu qanun qüvvədən düşərsə, avtomatik olaraq köhnə qanun geri qayıdacaq. Yəni bu qanun qüvvədən düşəcəyi təqdirdə 30 min manatadək əmanətlərin sığortalanması məsələsi yenidən qüvvəyə minəcək. Ona görə də əmanətlərin tam sığortalanması müddəti uzadılmasa da, bu halın 30 min manatdan az əmanət qoyan əmanətçilərə heç bir mənfi təsiri olmayacaq. Ancaq elə qrup insanlar var ki, onların banklarda yüz minlər, bəlkə də milyonlarla manat əmanəti var. Müddət uzadılmayacağı təqdirdə, bu insanlar öz əmanətlərini geri çəkmək barədə düşünə bilərdilər. Bu isə elə də güclü olmayan banklar üçün müəyyən təhlükələr, öhdəliklərin yerinə yetirilməsində problemlər yaradardı. Əmanətlərin tam sığortalanması müddətinin uzadılması da məhz bu təhlükənin qarşısını almağa hesablanıb. Nə qədər ki, banklar tam olaraq sağlamlaşdırılmayıb, sözügedən məsələ ilə bağlı müddətin uzadılması daha məqbuldur. İndi daha bir il müddətinə uzadılır. Bu müddət ərzində bankların mövcud problemləri aradan qaldırılmalıdır. Yenə də aradan qaldırılmasa, proses daha növbəti ilə qədər də uzadılmalıdır”. 
 
Müddətin uzadılması həmsöhbətimizə görə, əmanətçilərin özləri üçün də xeyirlidir, bu fonda onlar risq amilindən xilas olurlar: 
 
"Həmin müddətin uzadılmasının əmanətçilərə də xeyri vardır. Əhali bu fonda artıq bankın istənilən vaxt bağlanma təhlükəsindən narahat olmayacaq. Çünki əmindir ki, hökumət tam sıportalanma fonunda həmin pulları artıqlaması ilə qaytaracaq”. 
S. Əliyevin fikrincə, ən başlıcası isə odur ki, atılması gözlənilən bu addım iqtisadiyyata daha ciddi fayda verəcək: 
"Bank sektorunda  sabitlik saxlanılacaq, təmin olunacaq  ki, bunun özünün də iqtisadiyyatımıza müsbət təsirləri olur. Həmin addımın həyata keçməsilə əhalinin banklara etibarı da artır. Bu etibar uzun müddət olsa da, bildiyiniz kimi, 2015-ci ildə müəyyən dərəcədə sarsıldı. Verilən bu qanun isə həmin etibarı müəyyən qədər bərpa edib. Müddətin uzadılması ilə isə etibarlılıq dərəcəsi daha da yüksələcək”. 
 
Qeyd  edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının bildirdiyinə görə, Azərbaycan Prezidenti İlham əliyev tərəfindən əmanətlərin tam sığortalanması daha bir il müddətinə uzadılacaq. Onun sözlərinə görə, "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə layihə artıq Milli Məclisə təqdim edilib.  Xatırladaq ki, əmanətlərin tam sığortalanması barədə qərar 2016-cı ilin martın 4 verilmişdi.  Hansı ki, bu qərar 3 illik müddət üçün nəzərdə tutulurdu. İndi isə daha bir il müddətinə uzadılacağı gözlənilir.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...