Müdafiə Nazirliyindən erməni əsgərin yaralanması xəbərinə REAKSİYA

Müdafiə Nazirliyindən erməni əsgərin yaralanması xəbərinə REAKSİYA

Erməni hərbi qullquçu Ermənistan ordusunda hökm sürən özbaşınalıq nəticəsində yaralanıb.

Bunu Milli.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, Ermənistan KİV-nin iyul ayının 23-nə keçən gecə saat 00:10-da guya Azərbaycan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil:

"Bir daha bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.

M.Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur".

Qeyd edək ki, erməni KİV-lərinin yaydığı xəbərə görə, iyulun 23-nə keçən gecə qoşunların qarşıdurma xəttində erməni əsgəri 1991-ci il təvəllüdlü Mqer Çiloyan güllə yarası alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Mayın 1-dən balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Bu barədə Sfera....

Peter Siyartonun Azərbaycana rəsmi səfəri BAŞLADI

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazir sosial şəb...

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...