Müdafiə Nazirliyindən daha bir - AÇIQLAMA

Müdafiə Nazirliyindən daha bir - AÇIQLAMA
Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

"Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür. Hazırda vəziyyət nəzarətdədir. Zabit və əsgərlərimiz düşmənə ağır artilleriya və digər vasitələrlə cavab verir".-deyə, məlumatda qeyd olunub.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR