Müdafiə Nazirliyi: Ordumuzun silah və texnikası hətta Ermənistandakı obyekti məhv etməyə yetər

Müdafiə Nazirliyi: Ordumuzun silah və texnikası hətta Ermənistandakı obyekti məhv etməyə yetər

Azərbaycan Müdafiə Nazirliyi "Voenno-promışlennıy kuryer" saytında dərc edilmiş Siyasi və Hərbi Analiz İnstitunun direktor müavini Aleksandr Xramçixinin Azərbaycana dair məqaləsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, yazını oxuyarkən müəllifin baş verən proseslərdən bixəbər olduğu aydın görünür: "Məqalədə sadalanan faktlar və rəqəmlər artıq köhnədir. Azərbaycan qısa bir dövrdə arsenalda olan silah və texnikanın ən müasir, yüksək dəqiqliyə və dağıdıcı gücə malik olanları ilə yenilənməsi işini həyata keçirib və bu proses artan templə davam edir. Müəllifin mülahizələri çox vaxt yersizdir, indiki vəziyyəti, regiondakı prosesləri real əks etdirmir".

Qeyd olunub ki, Azərbaycan işğalçı, separatçı cinayətkarlardan ibarət qurumla mübarizə aparmağa yetərincə gücə, qüdrətə malikdir: "İşğalçı Ermənistan ilə aktiv hərbi əməliyyatlara başlamamasının yeganə səbəbi isə dövlətimizin yürütdüyü sülsevər siyasət və beynəlxalq qanunlara hörmətlə yanaşmasıdır. Əks təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan silah və texnikanın gücü nəinki Dağlıq Qarabağda olan işğalçı erməni birləşmələrini darmadağın etməyə, hətta Ermənistan ərazisindəki istənilən obyekti məhv etməyə yetər".



OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...