Müdafiə naziri təlim mərkəzində məşqləri izlədi - VİDEO/FOTO

Müdafiə naziri təlim mərkəzində məşqləri izlədi - VİDEO/FOTO
Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti təlim məntəqələrinə baş çəkib.
Sfera.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əsas komanda məntəqəsində general-polkovnik Z.Həsənovun rəhbərliyi ilə keçirilən toplantıda dinamik dəyişən vəziyyət və qəbul edilən qərarlara dair komandir-rəis heyəti və digər vəzifəli şəxslərin məruzələri dinlənilib. Eyni zamanda təlimlərin planına uyğun olaraq ərazinin kəşfi nəticəsində əldə olunan məlumatlar əsasında təlim iştirakçıları maket üzərində tapşırıqların dəqiqləşdirilməsi, qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkilini həyata keçiriblər. 
Alınmış döyüş tapşırığı əsasında keçirilən bölmələrin məşqlərini izləyən Müdafiə naziri hərbi qulluqçular qarşısında çıxış edib, tövsiyələrini çatdırıb və xidmətdə fərqlənən bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib. 

Bölmələrin döyüş atışlı taktiki məşğələsində şəxsi heyət müxtəlif maneələri dəf etməyi və düşmən üzərinə hücumun yerinə yetirilməsini nümayiş edib. 

Ərazidə yaradılmış təlim nöqtələrinə, sinif otaqlarına baş çəkən Müdafiə naziri təlimə cəlb edilən döyüş texnikalarını da yoxlayıb, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib. 

Hərbi hissədə yeni tikilmiş yeməkxanada olan general-polkovnik Zakir Həsənov burada yaradılan şəraitlə tanış olub, ərzaq anbarına baxış keçirib, saxlanılan məhsulların keyfiyyətini yoxlayıb və şəxsi heyətlə birgə nahar edib. 



OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...