“Mübarizəni kişi kimi aparmaq lazımdır!” - Deputat

“Mübarizəni kişi kimi aparmaq lazımdır!” - Deputat
Cinayət Məcəlləsinin 323.1 - Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma maddəsinə görə, buna yol verən şəxslər 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə — 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti, habelə onun rəhbərliyi altında yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlara bu maddənin qüvvəsi şamil edilmir.

Bəs maraqlıdır, indiyə qədər sözügedən maddə ilə hər hansı Azərbaycan vətəndaşı ittiham olunub, cəzalandırılıbmı?

Bu barədə Modern.az-a danışan millət vəkili Çingiz Qənizadə də sosial şəbəkələrdə təhqir, şəxsiyyətin alçaldılması hallarına qarşı qanun layihəsinin qüvvədə olduğunu təsdiqləyib. O qeyd edib ki, bu qanun təkcə vəzifəli şəxslərə qarşı deyil, bütün vətəndaşlara sosial şəbəkələr, digər elektron vasitələrlə böhtan atılması, şərəf və ləyaqətin alçaldılması kimi hallara qarşı hüquqları təmin edir:

"Təəssüf ki, bəzi yaramaz insanlar xarici ölkələrdə oturub, sosial şəbəkələr vasitəsilə dövlətimizin başçısına, onun yaxınlarına, hökümətin digər üzvlərinə, Prezident Administrasiyasının yüksək vəzifəli məmurlarına qarşı heç bir etik çərçivəyə, qanuna sığmayan ifadələr işlədirlər. Onların məsuliyyətə cəlb edilməsi ilə bağlı müzakirələr aparıla bilər.

Xaricdə yaşayan azərbaycanlı Orduxan Teymurxan 214.2 - terrorizmə açıq çağırış, 220.2 - kütləvi iğtişaşların təşkil edilməsi və 281.2 - dövlət əleyhinə yönələn açıq çağırış maddələri ilə ittiham olunub və barəsində qərar qəbul edildi. Digər şəxslərin bu cür hərəkətlərinə qarşı isə hələlik belə addım atılmayıb. Xarici ölkələrdə buna necə qiymət verəcəklər, sual altındadır. Amma bir daha qeyd etmək istəyirəm ki, qanun KİV və sosial şəbəkələr vasitəsilə hər hansı şəxsə qarşı qərəzli, böhtan səsləndirmək, müxtəlif çağırışlar etməklə bağlı məsuliyyət yaradır. Hər bir Azərbaycan vətəndaşı mübarizəni sivil yolla, kişi kimi aparmalıdır. Başqasının ailə üzvünü təhqir etməklə, böhtan atıb, nalayiq ifadələr işlətməklə mübarizə aparmaq heç yerdə qəbul olunur”.

Deputat onu da vurğulayıb ki, ölkə daxilində hüquq-mühafizə orqanlarına sosial şəbəkələrdə təhqirlə bağlı müəyyən fərdi müraciətlər daxil olur:
"Vətəndaşlar şəxsi münasibətdə olduğu bəzi istifadəçilərin onları sosial şəbəkədə təhqir etməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edirlər. Müasir texniki avadanlıqların imkanları sayəsində həmin şəxsləri müəyyənləşdirib, məsuliyyətə cəlb etmək mümkündür.

Ölkə başçısı isə bu cür məsələlərdə həmişə təmkinli olub. Prezident İlham Əliyev hətta onun əleyhinə yazan mətbuat orqanlarına maddi dəstəyin göstərilməsi, həmin KİV-lərin əməkdaşlarına ev verilməsi məsələsində də hər zaman nümunə olub. Halbuki, yaramaz insanlar xaricdə oturub, ölkə başçısına, vəzifəli şəxslərə qarşı təhqiramiz ifadələr işlətməklə, ölkənin indiki hakimiyyətinin devrilməsi ilə bağlı çağırışlar səsləndirməklə qanun pozuntusuna yol verirlər. Hesab edirəm ki, Orduxan nümunəsi hələlik təkdir. Yəqin ki, hüquq-mühafizə orqanları digərləri barəsində də müvafiq addımlar atacaq”.
 

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...