Mübariz Mənsimovun həbsində Rusiya izi : Rusiya büdcəsinə on milyonlarla dollarlıq zərbə

Mübariz Mənsimovun həbsində Rusiya izi : Rusiya büdcəsinə on milyonlarla dollarlıq zərbə

Tanınmış azərbaycanlı iş adamı, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən gün Türkiyədə həbs olunub.


Türkiyə mətbuatının yaydığı məlumata görə, iş adamı İstanbul Baş Prokurorluğunun qərarı ilə həbs edilib və onun yaşadığı evlərdə axtarış aparılıb. Onun saxlanılmasını Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində baş verdiyi vurğulanır. Bu gün Türkiyə mətbuatında artıq istintaqın hansı istiqamətdə getməsi ilə bağlı bir çox detallar da açıqlanıb. Ortaya çox ciddi ittihamlar atılıb, adlar çəkilir...


Bəs uzun illərdir Türkiyədə davam edən FETÖ işi Mübariz Mənsimova niyə məhz indi gəlib çatdı?


Bu məsələ ilə bağlı son 2 gündə xeyli şayiələr yayıldı, lakin Sfera.az saytı həbsin məhz indi baş verməsi səbəbinə işıq salmaq üçün son zamanlar iş adamı ilə bağlı yerli və xarici mətbuatda yayılan təsdiqlənmiş məlumatları araşdırıb.


Mübariz Mənsimovla bağlı axırıncı böyük qalmaqallı iş Rusiyanın aparıcı nəşrlərindən biri olan "Moskovskiy Komsomolets” tərəfindən dərc edilmiş məqalədə öz əksini tapdı.

(//www.mk.ru/social/2017/11/10/byudzhet-nedoschitalsya-desyatkov-millionov-dollarov-izza-nalogovykh-makhinaciy-tureckogo-predprinimatelya.html)

Yazıda sənədlərlə sübut olunur ki, türkiyəli iş adamı Mübariz Mənsimovun əməlləri üzündən Rusiyanın dövlət büdcəsi on milyonlarla dollar vəsait itirib.

Sənədlərə əsasən, 2013-cü ilin sonlarında Rostovda qeydiyyatdan keçmiş "Palmali” MMC-nin səhmlərinin sahibi olan Türkiyə şirkəti "Palmali” Gemi Hizmetleri ve Agentelik Anonim Sirketi Rusiyadakı firmanı satmağı qərara alır. Alıcı kimi isə Maltada qeydiyyatdan keçmiş "Palmali Holding Co. Ltd” çıxış edir. Baxmayaraq ki, hər iki şirkətin sahibi eyni şəxsdir, yəni Mübariz Mənsimovdur. Başqa sözlə, bu alqı-satqı bir cibdən alıb o biri cibə qoymaqdır. Hərçənd, "Deloitte Malta” audit şirkətinin hesabatına əsasən "Palmali” MMC 230 milyon dollara satılıb.


Bu sövdələşmənin əsasında "Palmali” Gemi Hizmetleri və Agentelik Anonim Sirketi 2013-cü ildə "Palmali Holding Co. Ltd”-dən avans kimi 140 milyon dollar alıb. 2014-cü ildə isə pulun qalanı - 40 milyon dollar ödənilib. Baxmayaraq ki, "Palmali” MMC-nin səhmlərini "Palmali Holding Co. Ltd” 2014-cü ilin yanvarında almışdı. Ən maraqlısı isə budur ki, alqı-satqı müqaviləsi 2015-ci il noyabrın 5-i tarixinə imzalanıb. Lakin müqavilədə şirkətin 230 milyon dollara yox, 38 dəfə ucuz - 6,1 milyon dollara satıldığı göstərilir. Nəticədə Türkiyə şirkəti Rusiya büdcəsinə 44,8 milyon dollar vergi ödəməli olduğu halda cəmi 1,22 milyon dollar ödəyib.

 

 

Mənsimovun "Pirr qələbəsi”


Eramızdan əvvəl III əsrdə Roma legionu ilə müharibə aparan kral Pirr bir neçə döyüşdə qalib gəlsə də, ordusundakı filləri və digər ehtiyatlarını tükətmişdi. Belə olduqda Pirr deyir ki, onun bir dəfə də bu cür qələbəsi olarsa, bunu məğlubiyyət hesab etmək olar. Bu məsələdən sonra tarixdə uğursuzluğa aparan qələbə (yaxud, məğlubiyyətə bərabər qələbə) "Pirr qələbəsi” adlandırıldı.


Yuxarıda qeyd olunan məsələnin mətbuata sızdırılması Rusiya rəsmi dairələrində artıq Mübariz Mənsimovun qıcıq yaratdığını göstərirdi. Bunun səbəblərindən biri də daha əvvəl "Palmali” Şirkətlər Qrupu tərkibində fəaliyyət göstərən Türkiyənin "Palmali Denizçilik” şirkətinin Rusiyanın neft nəhəngi "LUKoil”in "Litasco” şirkətini məhkəməyə verməsini hesab etmək olar (//azertag.az/xeber/1094974).

 

Ötən ilin ortasında yekunlaşan məhkəmənin qərarına görə, Rusiyanın ən iri neft şirkətlərindən olan "Lukoyl” şirkəti "Palmali” şirkətlər qrupuna 260,9 milyon rubl (təxminən 4 milyon ABŞ dollar) təzminat ödəməlidir.


Bu, "Palmali Gəmiçilik” şirkətinə məxsus neft tankerlərini icarəyə götürdüyü üçün "Litasco”nun üzərində yaranan borc olduğu bildirilir (//denizxeber.az/2019/07/27/mubariz-m%C9%99nsimov-vahid-%C9%99l%C9%99kb%C9%99rovu-m%C9%99glub-etdi-lukoil-palmaliy%C9%99-t%C9%99zminat-od%C9%99y%C9%99c%C9%99k/)


Görünən odur ki, Rusiyada xüsusi söz sahibi olan Vahid Ələkbərovun şirkətinə qarşı uzun müddət davam edən məhkəmə davası cavabsız qala bilməzdi. Rusiyaya bağlı bir çox oliqarxın sonradan rəsmi Kreml ilə maraqları toqquşanda üzləşdikləri aqibət ilə bağlı son illərdə bir çox nümunlər var. Görünür sıra indi də Mənsimova çatıb.


Digər tərəfdən də Suriyada gərginliyin pik həddə çatdığı bir vaxtda Türkiyə-Rusiya münasibətlərinə bütün sahələrdə yenidən baxılır. Bu səbəbdən, istisna deyil ki, martın 5-də baş tutan Putin-Ərdoğan danışıqlarının pərdəarxası məqamlarından biri də Rusiyanın iqtisadi güc mərkəzlərinin Türkiyədən Mübariz Mənsimovla bağlı xahişinin yer almasıdır.

 

Orxan

Sfera.az

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...