Mübariz Mənsimov müxalifət və Əli İnsanovla bağlı GÖRÜN NƏLƏR DEDİ - ŞOK SÖZLƏR

Mübariz Mənsimov müxalifət və Əli İnsanovla bağlı GÖRÜN NƏLƏR DEDİ - ŞOK SÖZLƏR
"Bu gün xəbərlərə baxanda Əli İnsanovla müxalifətin "zirvə görüşü” barədə bir məlumata rast gəldim. Anlamıram, nə zamandan Əli İnsanov orada oturan müxalifət rəhbərləri ilə səmimi olub və beləcə hamısını bir araya gətirib?! Xeyirdimi, inşallah?”

Sfera.az  xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov qeyd edib.

Müxalifət partiyalarının 5 noyabrda keçirdiyi dəyirmi masa haqqında fikirlərini bildirən Mənsimov sözlərinə belə davam edib: "Bu şəkildə mübarizələrini elan edirlər - eks-nazirlə? Hər kəs bitdi, Əli İnsanovla yola çıxmaq qərarına gəldilər? Qətiyyən kimisə təhqir etmək fikrində deyiləm, amma kənardan baxanda dərhal görünür ki, iqtidar gəncləşərkən müxalifət yaşlanır. Əli İnsanov bu yaşdan sonra evdə oturub prosesləri kənardan seyr etsəydi, daha məqsədəuyğun olardı. Bəlkə elə deyil? Həbs olunana qədər bir çox insanların taleləri ilə istədiyi kimi oynayan, rüşvətdə günahlandırılan və korrupsiya əməlləri içində üzən, iqtidarın ən güclü fiqurlarından biri, haqlı və ya haqsız yerə həbsdə olan Əli İnsanov indi "ağır topa” çevrildimi?! Mən heç bir zaman rəhmətlik babamın dediklərini unutmamışam. Hər zaman deyərdi ki, bir dəfə satqınlıq edən hər dəfə səni də satar.

Masadakı "zirvə” toplantısını aparanlara bir sözüm var: nə edirsiz edin, Azərbaycanı parçalamayın. "Bu yerazdı, bu naxçıvanlı, o talışdı, o biri bakılıdı” deyib qardaşı qardaşa qırdırmayın. Unudursuz cənablar: bizim bir düşmənimiz var. O da faşist ermənilərdir!”
 
Publika.az

OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...