Mübariz Ağayev intihar edən İlqar Əliyevlə bağlı dindirilib?- "MTN işi"

Mübariz Ağayev intihar edən İlqar Əliyevlə bağlı dindirilib?-
Göyçayın sabiq icra başçısı, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Texniki siyasət şöbəsinin müdir müavini Mübariz Ağayev MTN işi üzrə dindirilib.

M.Ağayev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, Bakı İstintaq Təcridxanasında intihar etdiyi bildirilən İlqar Əliyevlə əlaqələri ilə bağlı sorğu-sual olunub. İstintaqda dindirilən M.Ağayevin onunla münasibətlərinin olduğu üzə çıxıb. Amma bu əlaqələrin işbirliyi yoxsa şəxsi müstəvidə olduğu redaksiyamıza açıqlanmayıb. Məlumatda deyilir ki, İ.Əliyevin intiharından sonra Göyçayın icra başçısı onun yasında iştirak edib. Bütün bu detallar onun Göyçayla vidalaşmasına səbəb olub.

İntihar etmiş MTN vəzifəlisinin qardaşı İsmayıl Əliyev "Yeni Müsavat” qəzetinə müsahibəsində də dolayısı ilə faktı təsdiqləyib. İsmayıl Əliyev bildirib ki, qardaşının həbsindən sonra keçmiş iş yoldaşlarından heç kim onlara baş çəkməyib: "Heç kim gəlmirdi. Min ilin dostları gəlib bizə salam vermirdilər. Qorxurdular ki, əlaqəni müəyyən edərlər.

Vəzifədə olanlar xüsusən qaçır bizdən. İlqarın ətrafında olanlar atamın hüzrünə gəlmədilər. Bircə Mübariz müəllim gəldi. İlqarın hüzründə, gələ bilməmişdi, xəstə olmuşdu, amma gəlib başsağlığı verdi”.

24saat.org-un əldə etdiyi məlumata görə, M.Ağayevin məsələsi prezidentə çatıb. Hətta havadarı olan nəqliyyat naziri Ziya Məmmədova da söz gəlib. Bundan sonra nazir qudası olan Heydər Əsədovdan ona KTN-də bir şöbə müdiri verməsini xahiş edib.

Məlumatlara görə, M.Ağayevlə intihar etmiş MTN-çinin dostluğu olub və müəyyən mətbu məsələləri həll ediblər. Hər halda onun ailəsini başsağlığa getməsi münasibətlərin sıxlığından xəbər verir.(24saat.org)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

“TikTok” ABŞ hökumətinə qarşı hüquqi mübarizəyə başlayır

“TikTok” ABŞ-dəki qadağa qanununa qarşı mübarizə aparacaq.   Sfera.az xəbər verir ki, “TikTok”un baş direktoru Şou Zi Çev söz...

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Mayın 1-dən balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Bu barədə Sfera....