Müasir adamyeyənlər: Onlar ölüm allahına sitayiş edir - FOTOLAR
23:30 / 02.03.2018
7931
2006-cı ildə Uttar-Pradeş ştatının polisi sadxu kastasına mənsub olan iki rahib yaxaladı. Onlardan biri müəllim, digəri tələbəsi idi. Yerli kəndlilər polisə şikayət etmişdilər ki, 3 gün əvvəl dəfn etdikləri yeniyetməni kimsə məzardan çıxarıb, oğlanın başı yerində deyil, kəsilib götürülüb. İstintaq zamanı həbs edilənlər etiraf etdilər ki, meyitin başını, həmçinin ürəyi və qara ciyərini yeyiblər. Onların inancına görə, bu, insana əlavə güc verir.
Həm müəllim, həm də tələbə hinduizmin ən qəribə və ən qorxunc qolu olan aqxori sektasının üzvü idi.
Aqxori sektası haqda ilk məlumatlar fars mənbələrində hələ XVII əsrdə verilib. Ancaq sektanın min ildən çox tarixi var.
Sfera.az bu qorxunc sekta haqda danışacaq.
"Qoxmazlar”
Hind dilindən tərcümədə aqxori "qorxmazlar” mənasını verir. Sekta üzvləri ritual ayinlərdə meyitlərin ətini yeyir, onlarla yatır, kəllə sümüklərindən piyalə kimi istifadə edirlər.
Aqxorilər hətta meyitlərlə cinsi əlaqəyə də girirlər. Bu səbəbdən Hindistanın özündə çoxları hesab edir ki, aqxorilərin hinduizmə heç bir aidiyyəti yoxdur.
Müasir Hindistanda hannibalizm qadağandır. Ona görə aqxorilər başqa sekta üzvləri ilə ünsiyyətə az girirlər. Yerli əhali isə onlardan qorxur. Buna baxmayaraq, sekta üzvlərinin sayı ilbəil artır. Maraqlıdır ki, aqxorilər ağdərili insanlara daha yaxşı münasibət bəsləyirlər, nəinki hindlilərə.
Aqxorilər bilir ki, avropalı turistlər onların, sadəcə, şəklini çəkir, üstəlik, onlara pul da verirlər. Yəni avropalı onu polisə verməyəcək.
Ölüm allahı Kaliyə sitayiş edirlər
Əlbəttə, aqxorilərin ritualları ilə yanaşı, zahiri görkəmləri də qorxuncdur. Bu isə avropalı turistlərin marağını çəkir.
Onların bədəni insan külü ilə qaraldılıb, boyunlarından sümüklər asılıb. Gözləri alkoqol və tiryəkin təsirindən dumanlıdır. Hisə verilmiş insan əti yeməkdən dilləri qapqaradır.
Onların inancına görə, bütün dünya böyük bir məzarlıqdır. Hamı ölüb. Diri insan yoxdur. Sadəcə, diri kimi görünənlər var.
Aqxorilər hinduizmdə müharibə allahı olan Şivaya və ölüm allahı Kaliyə sitayiş edirlər.
Hər ay Şivanın şərəfinə keçirilən ritual ayinlərdə Çaviyə nəğmələr oxuyurlar. Kaliyə həsr olunmuş ayinlərdə isə meyit əti ilə qidalanırlar.
Zaman-zaman Hindistanda aqxorilərin bu dəhşətli praktikasını qadağan etmək istəyirlər. Hələlik bəzi ştatların qanunvericiliyində bu əks olunub. Maxaraştra və Karnataka ştatında hannibalizm qadağan edilib.
Lakin bütün Hindistanda bunu etmək hələ mümkün olmayıb. Hökumət hinduizmin hər hansı bir cərəyanına qadağa qoymaq fikrindən uzaqdır.
İlqar Atabəyli
Sfera.az