MTRŞ niyə heç kimə lisenziya vermədi?

MTRŞ niyə heç kimə lisenziya vermədi?
Ötən gün Milli Televiziya və Radio Şurasının təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəyə yekun vuruldu. Lakin qurum heç kimə lisenziya vermədi.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, MTRŞ-nın dövlətə məxsus olan tezlik resurslarından uzun müddət effektiv istifadə edə bilməməsi doğru bir yanaşma deyil:
 
"Gərək MTRŞ mövcud məhdud tezlik  resurslarından səmərəli istifadə üçün ciddi səylər göstərəydi, zamanında bu istiqamətdə mesajlar verməli idi. Xüsusilə də rəqəmsal yayıma keçdikdən sonra boş qalan efir tezliklərindən istifadə sahəsində MTRŞ-in fəaliyyətini qənaətbəxş hesab etmək olmaz.

Təhsil  istiqamətində müəyyən resurslara və təcrübəyə malik olan iddiaçıların da uğur qazana bilməməsi maraqlı suallar doğurur. Nəzərə almaq lazımdır ki,  ölkənin informasiya məkanında televiziyalar hələlik özünəməxsus yer tutur. Təhsil və elm istiqamətli kanala ciddi ehtiyac var. Qonşu ölkələrlə müqayisədə bizdə televiziyaların sayı xeyli azdır, TV yayımı üçün özümüzün telekommunikasiya peykimiz var”.

O.Gündüz qeyd edib ki, müasir çağırışlar baxımından təhsil yönümlü TV çox faydalı olardı:

"Lakin bütün bunlara rəğmən, MTRŞ-nın efir tezliklərindən effektiv istifadə edə bilməməsi, milli televiziya yayımçıları formalaşdıra bilməməsi anlaşılan deyil və  təəssüf doğurur”.

Xatırladaq ki, müsabiqə üçün 6 iddiaçı  - "APA Mark” MMC, "Təhsil TV” MMC, "Balans Studiyası” MMC, "İNS ÇM” MMC, "İsti Press” MMC və "Medical Media” MMC sənədlərini MTRŞ-ya təqdim etmişdi.

Günay Rəsulqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...