MTRŞ-dan Səxavətin Mətanəti öpüşlərə qərq etdiyi videoya münasibət: \"Biz cavabdeh deyilik\"

MTRŞ-dan Səxavətin Mətanəti öpüşlərə qərq etdiyi videoya münasibət: \
"Lider TV"-də yayımlanan "Evimin qonaqları” adlı proqramda aparıcı Sərxan Kərəmoğlunun müğənni Mətanət Əsədovanı öpüşlərə qərq etməsi sosial mediada qalmaqala səbəb olub.
 
Sfera.az-ın əməkdaşı bu barədə Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşovla əlaqə saxlayıb.
 
 
Təvvəkül Dadaşov bildirib ki, "O kadrlar "Lider TV"-də yayımlanmayıb. Kadrlar sadəcə "Lider" televiziyasının studiyasında çəkilib. Amma o kadrlar efirə verilməyib. Ona görə də, biz o kadrlara cavabdeh deyilik”.
 
Xatırladaq ki, səs-küyə səbəb olan görüntülər "Lider TV"-də yayımlanan "Evimin qonaqları” adlı proqramın çəkilişi zamanı çəkilib.
 
Aparıcının dili ilə desək, 18+ videoda Sərxan Mətanəti öpüşlərə qərq edir. Əvvəlcə müğənniyə "Öp məni” deyən Sərxan daha sonra Mətanəti yanağından, boynundan, çiynindən öpüb.
 
"Ay Allah, nədir bu? Baldı, bal! Nə gözəl parfum vurub gəlmisən. Parfumunun dadı, özünün dadı, bədəninin dadı… 18+dur artıq hər şey eləmək olar” deyərək müğənnini öpməyə davam edib. 
 
 
 Nihat HÜSEYNZADƏ
 
 



OXŞAR XƏBƏRLƏR