MTRŞ ANS ÇM-in yayıldığı 102 tezliyi ilə bağlı müsabiqəni ləğv etdi

MTRŞ ANS ÇM-in yayıldığı 102 tezliyi ilə bağlı müsabiqəni ləğv etdi
Milli Televiziya və Radio Şurası 102,0 MHz işçi tezliyi ilə bağlı müsabiqəni ləvg edib.

Sfera.az qaynarinfo-ya istinadla xəbər verir ki, bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib. İclasda Milli Televiziya və Radio Şurası tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyi ilə bağlı müsabiqənin nəticələri müzakirə olunub.

Müsabiqədə iştirak etmək üçün 5 hüquqi şəxs sənədlərini Şuraya təqdim edib: 1."Real Təhlil İnformasiya Mərkəzi” MMC; 2."TV-Media Azerbaijan” MMC; 3."Balans Studiyası” MMC; 4."İNS ÇM” MMC; 5."OMD Azerbaijan” MMC.

Üç iddiaçı - "TV-Media Azerbaijan” MMC, "OMD Azerbaijan” MMC və "Real Təhlil İnformasiya Mərkəzi” MMC sonradan müsabiqədə iştirak etməkdən imtina edib.

Bu səbəbdən, Milli Televiziya və Radio Şurasının "Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları”nın 2.1.8.-ci bəndinə (Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər) əsasən Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul edib.


OXŞAR XƏBƏRLƏR

Dünyada ən çox PUA istehsal edən ölkə ODUR 

2023-cü ildə Çində ayrı-ayrı müəssisələr tərəfindən istehsal olunan mülki pilotsuz uçuş aparatlarının (PUA) sayı 3 milyon 170 mini keçib.   Sfera.az xə...

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...