“MTN işi”: Göstərişi Eldar Mahmudov verib

“MTN işi”: Göstərişi Eldar Mahmudov verib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə MTN-nin keçmiş əməkdaşı, general-mayor Məzahir Yaqubov ifadə veib. O, Azərsu ASC-də iqtisadçı işləmiş Mətləb Mustafayevin qanunsuz olaraq həbs edilməsi epizodu üzrə danışıb. Bildirib ki, Mətləb Mustafayev həbs olunandan sonra onunla üç dəfə görüşüb:

"Antiterror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyevin göstərişi ilə Mətləb Mustafayevin üzərində "Polqraf" aparatı ilə əməliyyat aparmışıq. Bu həmin şəxsin düzgün danşıb-danışmaması ilə bağlı olub. Ürək döyüntülərindən hiss etdik ki, Mətləb Mustafayev düz danışır. Bu əməliyyatlarda İlqar Əliyevin özü də iştirak edib".

Mətləb Mustafayev bildirib ki, həbsdə olduğu müddətdə Məzahir Yaqubovla 3 dəfə deyil, 5 dəfə görüşüb:

"Həmin görüşlərdə verilən 80 sualdan cəmi 3 və ya 4-ü tapança ilə bağlı olub. Qalan suallar isə çaşdırıcı suallar olub. Tapançanı haradan və neçəyə almağım barədə isə heç bir sual verilməyib".

Prokuror Elçin Quliyevdən "Polqraf" aparatının istifadəsinə razı olub-olmamasını soruşub. Elçin Quliyev isə cavab verib ki, həmin aparat bütün dünyada istifadə edilir və heç bir təhlükəsi yoxdur. Onun sözlərinə görə, həmin aparatdan istifadə edilməsi üçün şəxsin razılığı olub.

Məzahir Yaqubov da bildirib ki, aparatdan istifadə edilməsi üçün Mətləb Mustafayevin razılığı olub.

Mətləb Mustafayev isə generalın yalan danışdığını deyib, həmin aparatla üzərində əməliyyat aparılması üçün heç bir yazılı və ya şifahi razılığı olmayıb.

Daha sonra Monitorinq Mərkəzinin əməkdaşı Təranə xanım ifadə verib. O bildirib ki, telefon danışıqlarının dinlənilməsi üçün göstərişi nazir Eldar Mahmudov verib. Onun sözlərinə görə, nazirin göstərişi, Natavan Mirvətovanın dərkənarı ilə şəxs və ya şəxslərin telefonlarını dinləyiblər:

"Telefonların dinlənilməsi üçün bizə məhkəmə qərarı təqdim edilməyib. Bizə ümumiyyətlə məhkəmə qərarı təqdim edilməyib".

Daha sonra prokuror Mahirə Süleymanovanın məhkəməyə məcburi gətirilməsi barədə vəsatət verib.

İddia olunur ki, Mahirə Süleymanova Elçin Quliyevin tanışı olub.

Elçin Quliyev deyib ki, Mahirə Süleymanovaya himayədarlıq etməyib.

Məhkəmə vəsatəti təmin edib.

Növbəti proses sentyabrın 25-də davam edəcək.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...