MTN generalına qarşı 800 minlik iddia qaldırıldı

MTN generalına qarşı 800 minlik iddia qaldırıldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general-mayor Nizami Şirinov, nazirlikdə idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sfera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə elan edib ki, zərərçəkmişlərdən Mirzəli Yusifov təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıb. M.Yusifov ona dəymiş 315 min dollar real ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib. İddia məhkəmə icraatına qəbul edilib.
 
Daha sonra Nizami Şirinovun vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Hakimlər vəsatəti təmin etməyib.

İş üzrə ilkin məhkəmə baxışı oktyabrın 7-ə təyin olunub.

Xatırladaq ki, bu işdə zərərçəkmiş Mirzəli Yusifov Azərbaycan Ali Hərbi Məktəbinin rəisi olub. Ondan əvvəl isə Müdafiə Nazirliyinin 112 saylı alayının komandiri olub. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra polkovnik M. Yusifov işdən azad edilib. 2014-cü ildə M.Həsənov rüşvət almaqda ittiham edilərək həbs edilib. 2015-ci ildə məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nizami Şirinov və digər təqsirləndirilən şəxslər barəsində birlikdə zor göstərilməsi, rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsi, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə alması, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Nizami Şirinov barəsində həbs qətimkam, digərləri barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərin daşınmaz əmlakları üzərinə həbs qoyulub.
 
Qafqazinfo.az
 

OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...