MTN generalı: “Elə qaçardım ki, izimi-tozumu da tapa bilməzdilər” – MƏHKƏMƏ

MTN generalı: “Elə qaçardım ki, izimi-tozumu da tapa bilməzdilər” – MƏHKƏMƏ

 

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşları – polkovnik Azər Mehdiyev və digər 2 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə zərərçəkmiş, iş adamı Maqsud Mahmudovun epizodu üzrə şahidlər ifadə verib. Aslan Qəhrəmanov deyib ki, kirvəsi M.Mahmudov MTN-ə çağırılıb şantaj və 120 min dollar tələb edildiyini deyib: "Mənim obyektimi tələsik 60 minə satdıq. Pulu götürüb Maqsudla MTN-ə gəldik. O, orada Azər Mehdiyevlə görüşdü. Mən maşında qaldığım üçün pulu kimə verdiyini görmədim. Azər tək deyildi. Amma Maqsud İlqar Əliyevin və Ayaz Gərayzadənin də adını çəkirdi”.

Digər şahid Marik Şamilov isə MTN-ə Maqsud Mahmudov haqda şikayət etdiyini bildirib:

"Salyan yolu prospektində torpaq almışdım. Bir gün gəlib gördüm ki, tikinti gedir. Maqus ora gəlib dedi ki, torpağı o alıb. Mənə torpağı Elşən və Nizaməddin satmışdı. Onlar Maqsudu kənara çəkib nəsə danışdılar, sonra dedilər həll edəcəyik. Amma bir nəticə olmadı, mən də MTN-ə şikayət yazdım”. M.Mahmudov deyib ki, bu şikayət əsasında ondan 120 min dollar alıblar.

Təqsirləndirilən Azər Mehdiyev deyib ki, həmin vaxt Avropa Oyunları ilə bağlı "Atletlər kəndi”ndə qurulan əməliyyat qrupunun üzvü olub: "İyulun 2-də işə çıxanda mənə qovluq verib araşdırmağımı tapşırdılar. Maqsudu MTN-ə çağırıb ifadəsini aldım, sonra materialı rəhbərliyə göndərdim. Bu işin araşdırılmasında nazirin imzası var idi, buna görə də araşdırdım. Marik Şamilovun ərizəsi ilə bağlı qaranlıq məqamlar var, onları qapalı iclasda geniş danışacağam”.

General Elçin Quliyev də bu epizodla bağlı qapalı iclasda danışacağını deyib: "Bu məsələdə İlqar Əliyevin ifadələrinə istinad edirlər, amma həmin ifadələr ortada yoxdur. Mənə dedilər ki, həmin ifadə dövlət sirri təşkil edir. Buna görə də tanış olmaq üçün mənə vermədilər. Mən qapalı iclasda çox şeyləri danışacağam. Görəcəksiniz ki, necə əməliyyatçı olmuşam. MTN-dəki olaylardan sonra 2 ay işimdə qaldım, sonra başqa işə keçdim. Bundan sonra mənim və həyat yoldaşımın ölkədən çıxışına "STOP” qoyuldu. İki uşaq anası hara qaçacaqdı? Mən uzun müddət xüsusi xidmət orqanında işləmişəm. Özümdə günah hiss etsəydim, başqaları kimi qaçardım. Mənim kimi ölkədən qaçmağa imkanı olan ikinci bir adam olmayıb. Elə qaçardım ki, izimi-tozumu da tapa bilməzdilər. Maqsud Mahmudov özü də bilir ki, MTN-ə niyə çağırılıb. Ukrayna hadisələrinə görə çağırıldı və dindirildi.

İcra hakimiyyətinin başçısının müavinin epizodu üzrə şahidlər MTN-in 2-ci ya da 3-cü mərtəbəsinə çıxdıqlarını deyirlər. Bunu da dəqiq demirlər, pilləkənləri çıxanda neçənci mərtəbədə olduqları bilməyiblər? Antiterror mərkəzi binanın birinci mərtəbəsində olub. Şahidlərin heç biri də birinci mərtəbədə olduğunu deməyib. Nazirliyin 3-cü mərtəbəsində nazir əyləşib, ikinci mərtəbədə isə başqa idarələr yerləşib”.

Bundan sonra proses qapalı davam etdirilib. (qafqazinfo)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...