MSK bu məntəqə ilə bağlı qərar verdi
18:00 / 24.02.2020
2382
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 63 saylı Sabirabad Birinci Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Qiyas Sadıqovun müraciətinə baxılıb.
Məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.
Q. Orucov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı bu dairə üzrə 28 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi məlum olub.
MSK müraciəti qismən təmin edib və 63 saylı Sabirabad Birinci Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.
(APA)