Ümrə ziyarəti tam peyvəndlənmiş şəxslər üçün açılır - Çin vaksini vurduranlar isə...

Ümrə ziyarəti tam peyvəndlənmiş şəxslər üçün açılır - Çin vaksini vurduranlar isə...
Səudiyyə Ərəbistanının yeni qərarı ilə müsəlmanların 2 illik Ümrə ziyarəti həsrətinə son qoyulur.
 
Sfera.az xəbər verir ki, Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi COVID-19-a qarşı tam peyvənd olunmuş əcnəbilərin 9 avqustdan etibarən Ümrə ziyarəti edə biləcəyini açıqlayıb. 

Qaydaya görə "Pfizer / BioNTech”, "AstraZeneca”, "Johnson & Johnson” və "Moderna” peyvəndlərindən iki doza qəbul etmiş əcnəbilər ziyarətə buraxılacaqlar. 
Çin istehsalı olan "Sinovac” isə siyahıya daxil edilməyib.

Həcc və Ümrə Nazirliyinin mətbuat katibi Hişam Səid xaricdən Ümrə ziyarətinə gələnlərin azı 18 yaşında olmaları və Qida və Dərman İdarəsi tərəfindən təsdiqlənmiş 4 peyvənddən biri üzrə sənədə sahib olmalarının vacibliyini qeyd edib.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR