Mövsümü xəstəliklərlə COVID-19-un oxşarlıqları

Mövsümü xəstəliklərlə COVID-19-un oxşarlıqları
Payız fəslinə keçid, havaların getdikcə soyuması mövsümi xəstəliklərin artmasına səbəb olur. Tənəffüs yolu ilə əlaqədar yaranan narahatlıqlar - öskürək, boğaz ağrısı və oxşar problemlərlə üzləşəndə ilk ağla gələn yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma ehtimalıdır. Lakin həmin əlamətlər digər infeksion xəstəliklərlə də əlaqədar ola bilər.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Nahid Məhərrəmov deyib: "Yuxarı tənəffüs yollarının iltihab və allergiyası olanlar COVID-19-a yoluxma zamanı qripəbənzər əlamətlərlə üzləşə bilərlər. Qripəbənzər əlamətlər, məsələn, quru öskürək, boğaz ağrısı, ishal, temperatur yüksəlməsi olduqda COVID-dən şübhələnmək olar. Lakin halsızlıq, yorğunluq, təngnəfəslik və temperatur yoxdursa, saturasiya 95-dən yuxarıdırsa, narahatlıq keçirməyə əsas yoxdur".

Qızdırma, öskürək və tənəffüs çətinliyi olanlar mütləq həkimə müraciət etməlidirlər. Lakin immunitetin gücləndirilməsi də vacib məsələdir, bunun ən səmərəli yolu isə düzgün və balanslı qidalanmadır. Payız aylarında C vitamini ilə zəngin qidalara daha çox üstünlük verilməlidir: "Mövsümü xəstəliklərdən qorunmağın ən yaxşı yollarından biri qripə qarşı peyvənd olunmaqdır. Soyuqdəymə və zökəm hallarından qorunmaq üçün isə düzgün qidalanmaq, gündəlik rasiona mövsümə uyğun meyvə və tərəvəzlər daxil etmək və çoxlu maye içmək lazımdır. Gərgin iş rejimindən sonra istirahət etmək də immunitetin artırılmasına səbəb olur", - deyə həkim-terapevt əlavə edib.

Hər gün piyada gəzmək və fiziki fəallıq da immun sistemini gücləndirir. Şəxsi gigiyenaya diqqət yetirmək, maska taxmaq da xəstəliklərdən qoruyan əsas şərtlərdir.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...

Keniyanın müdafiə naziri helikopter qəzasında öldü

Keniyadakı respublikanın müdafiə qüvvələrinin başçısı Frensis Oqollanın olduğu hərbi helikopter qəzaya uğrayıb.   İnsident Qərbi Pokot və Elgeyo-Mara...