Mövlud Çavuşoğlu NATO XİN başçılarının iclasında iştirak edəcək
11:25 / 29.11.2021
735
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
Sfera.az xəbər verir ki, toplantı noyabrın 30-dan dekabrın 1-dək Riqada keçiriləcək.
İclasda 2022-ci il NATO-nun Madriddə keçiriləcək Zirvə toplantısı ərəfəsində avroatlantik regionda baş verən son hadisələr, eləcə də NATO-nun gündəliyində duran məsələlər müzakirə olunacaq.
Mövlud Çavuşoğlu tədbir çərçivəsində həmkarları ilə bir sıra ikitərəfli görüşlər də keçirəcək.