Mourinyoya 15 milyon funt sterlinq verildi

Mourinyoya  15 milyon funt sterlinq verildi
Mançester Yunayted Joze Mourinyonun kompensasiyasını ödəyib.
 
MY 55 yaşlı mütəxəssisə istefaya göndərilməsinə görə 15 milyon funt sterlinq verib. Məlumatı Daily Mail yayıb.
 
«Mançester Yunaytedlə Mourinyonun müqaviləsi arasında heç bir problem yoxdur. Hər şey qaydasına qoyulub.
 
Joze artıq indidən digər klubda çalışa bilər.Lakin o, hələlik tələsmir.
 
Joze lazım gələrsə mövsümün sonuna qədər gözləyəcək», — deyə mütəxəssisə yaxın mənbə bildirib.
 
Xatırladaq ki, Mourinyonun rəhbərliyi altında MY İngiltərə superkuboku, ölkə kuboku və Avropa liqasını qazanıb.

OXŞAR XƏBƏRLƏR